Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Coğrafiya fənn kabineti yaradıldı
Coğrafiya fənn kabineti yaradıldı
Təlimin keyfiyyətinin yüksəldilməsi onun dünya standartları səviyyəsinə qaldırılması bir çox amillərdən asılıdır. Bu amillərdən biri də tədrisdə səmərəli öyrədici mühitin yaradılmasıdır. Forma və metodun düzgün seçilib istifadə olunması, əyanilik, texniki vasitələrin yerində və düzgün istifadəsi tələbələrdə fənnə, mövzuya maraq yaradılmasında böyük rol oynayır. Bir çox fənlər, o cümlədən coğrafiya dərslərini yeni təlim texnologiyaları əsasında qurmaq, tələbələrə mövzunu tam və yüksək səviyyədə mənimsətmək, onların dərsdə fəallığını artırmaq, nəhayət, dərslərdə əyaniliyi təmin etmək üçün dərslərin coğrafiya kabinetində keçirilməsinin böyük əhəmiyyəti vardır. Coğrafiya kabineti başqa fənn kabinetlərindən orada müxtəlif avadanlığın olması ilə yanaşı, geniş profilliyi ilə: təbiət üzərində müşahidələr, təcrübələr aparmaq və təbii obyektlərin nümayişinin təşkili üçün hər cür şəraitin olması və s. ilə fərqlənir. Deyilənləri nəzərə alaraq, Sumqayıt Dövlət Universitetində Tarix və coğrafiya fakültəsinin Coğrafiya və onun tədrisi metodikası kafedrasının təşkilatçılığı ilə 117-ci auditoriyada Coğrafiya fənn kabineti yaradılmışdır. Fənn kabineti 5 stend olmaqla, görkəmli səyyahlar, Azərbaycanın tanınmış coğrafiyaçı alimləri, Milli parklar, Dövlət təbiət qoruqları və coğrafiyada işlədilən cihazlar haqqında tələbələrə məlumatlar verir. Əyani və texniki vəsaitlərdən ibarət olan kabinet dərs prosesində müəllim və tələbələrin birgə fəaliyyətini gücləndirə bilər, onların müstəqil işləmələrinə,dərsin intensivləşdirilməsinə imkan verər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az