Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Əməkdaşlarımız Web of Science Group tərəfindən fərqlənmə sertifikatlarına layiq görüldülər
Əməkdaşlarımız Web of Science Group tərəfindən fərqlənmə sertifikatlarına layiq görüldülər
Qlobal çağırışlar ali təhsil sistemində sürətli dəyişikliklərin aparılmasını təmin edir. Ali təhsildə rəqabətliliyin təmin olunması isə, ilk növbədə, universitetlərdə aparılan elmi tədqiqatların səviyyəsindən, yeni akademik mühitin yaradılmasından, gənc tədqiqatçılar nəslinin yetişdirilməsindən bilavasitə asılıdır. Qeyd edək ki, Təhsil Nazirliyi ilə “Clarivate Analytics” arasında 2015-ci ildə yaradılmış əməkdaşlıq nəticəsində ölkəmizin 40 ali təhsil müəssisəsinin Web of Science elmi məlumat platformasına çıxışı təmin edildi. Ali təhsil müəssisələrimizin dünyanın aparıcı Web of Science elmi bazasına çıxışı, yerli tədqiqatçıların səyləri nəticəsində elmi məhsuldarlıq son dərəcədə artdı və elmi tədqiqat işlərinin effektivliyi xeyli yüksəldi. Sumqayıt Dövlət Universiteti dünyada ən mükəmməl məlumat bazası olan Web of Science-ın rəsmi istifadəçisidir. 2019-cu ilin sentyabr aynda Web of Science tərəfindən odənişsiz vebinarların (Web of Science məlumat bazasından mükəmməl istifadə qaydaları haqqında online seminarların) yenilənmiş seriyası başlanmış və 3 ay davam edən online kurslarda dinləyici qismində SDU-nun əməkdaşları: Elmi hissənin müdiri dosent Samir Orucov, Elmi hissənin baş metodisti Sevda Şahverdiyeva, Elektrotexnika və energetika kafedrasının müdiri dosent Nadir Hacıbalayev, Riyazi analiz və funksiyalar nəzəriyyəsi kafedrasının dosenti Vüsalə Babacanova, Bərk cisim və yarımkeçiricilər fizikası kafedrasının dosenti Xəyalə Əliquliyeva, Riyaziyyat və onun tədrisi metodikası kafedrasının baş müəllimi Ülviyyə Əliyeva, İnformasiyalar texnologiyaları mərkəzinin operatoru Ülvi Ağayev fəal iştirak edərək, Web of Science Group tərəfindən fərqlənmə sertifikatlarına layiq görüldülər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az