Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Linqvistik Mərkəzdə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirildi
Linqvistik Mərkəzdə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirildi
Dekabrın 26-da Linqvistik Mərkəzdə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirildi. Tədbir rus dili kurslarının tələbələri tərəfindən təşkil edildi. Tədbirdə 5 fakültədən: Filologiya, Riyaziyyat, Kimya və biologiya, Tarix və coğrafiya, Fizika və elektroenergetika fakültələrindən 24 tələbə iştirak etdi.
Bayram tədbirini giriş sözü ilə Linqvistik Mərkəzin rəhbəri Alik Abdullayev açaraq, iştirakçıları 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etdi, xoş arzularını çatdırdı. Xarici dillərin öyrənilməsinin vacibliyini qeyd edən Alik Abdullayev bildirdi ki, mərkəz tələbələrə yalnız müəyyən sözləri, ifadələri və qrammatik qaydaları öyrətmir, həmçinin dilini öyrəndiyi xalqın yeni, bəzən tanış olmayan mədəniyyətini, adət-ənənələrini öyrənmək imkanı yaradır. Bu da öz növbəsində tələbələrin dünyagörüşünü formalaşdırır və inkişaf etdirir.
Tədbirdə tələbələr 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi haqqında məlumat verdilər. Qeyd etdilər ki, bayramın əsas ideyasını dünya azərbaycanlılarının birliyi və həmrəyliyi, milli-mənəvi dəyərlərə hörmət, həmçinin vətənpərvərlik hissləri təşkil edir. Onlar həmçinin ödənişsiz əsaslarla xarici dil öyrənmələri və inkişaf etdirmələri üçün yaradılan Linqvistik Mərkəzə görə rektor professor Elxan Hüseynova dərin minnətdarlıqlarını bildirdilər.
Sonra tələbələr dünya ölkələrində, o cümlədən Rusiyada Yeni ilin necə qeyd olunduğundan bəhs etdilər, rus dilində şeirlər, mahnılar, yumoristik dialoqlar səsləndirdilər. Xüsusilə S.Mixalkovun “ Rəssam fil” təmsilinin səhnələşdirilməsi hər kəs tərəfindən böyük maraqla qarşılandı.
Keçirilən şeir müsabiqəsinin nəticələrinə görə Riyaziyyat fakültəsinin I kurs tələbəsi Elnaz Əlizadə səsləndirdiyi S.Yeseninin “Ağcaqayın” şeiri münsiflər heyəti tərəfindən birinci yerin qalibi elan edildi və ona hədiyyə təqdim olundu. Həmçinin Fizika və elektroenergetika fakültəsinin III kurs tələbəsi İslam Əliyevə və Kimya və biologiya fakültəsinin I kurs tələbəsi Orxan Əliyevə tədbirdə fəal iştiraklarına görə hədiyyələr verildi.
Tələbələr tədbirin təşkilinə görə Linqvistik Mərkəzin əməkdaşlarına və hazırlanmasına görə rus dili üzrə metodisti Şəfəq Qasımovaya öz təşəkkürlərini bildirdilər.
Linqvistik Mərkəzin əməkdaşları Xarici dillər kafedrasının dosenti Sona Məmmədovaya və baş müəllim Təranə Quliyevaya tədbirdə iştirak etdiklərinə görə təşəkkür etdilər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az