Əsas səhifə | Xəbərlər | Əməkdaşlarımız Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecində keçirilən imtahan prosesini izlədilər
Əməkdaşlarımız Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecində keçirilən imtahan prosesini izlədilər
Sumqayıt Dövlət Texniki Kollecdə həm tədris prosesi, həm də imtahanlar universitet rəhbərliyi tərəfindən daim nəzarət olunur, diqqətdə saxlanılır. Bu məqsədlə yanvarın 13-də Sumqayıt Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov, Tədris Metodik Mərkəzin direktoru Faiq Şirinov kollecdə keçirilən imtahan prosesini izlədilər, tələbələrin imtahanların gedişinə münasibəti ilə maraqlandılar.
Kollecin direktoru dosent Mətanət Pirquliyeva imtahanların təşkili barədə dosent Natiq Talıbova ətraflı məlumat verdi. Bildirdi ki, kollecdə payız semestrinin imtahanları müvafiq təlimatlara uyğun həyata keçirilir. İmtahanlarda şəffaflığın təmin olunmasını həyata keçirmək məqsədilə hazırlıq işləri vaxtında görülüb. 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək üçün İmtahan qərargahı yaradılıb. İmtahan sessiyasının gedişində baş verə biləcək neqativ halların qarşısını almaq məqsədilə kollecdə Təklif və iradlar qutusu asılıb. Həmçinin sessiya müddətində vaxtaşırı olaraq kollecdə imtahanların gedişinin şəffaflığını müşahidə etmək üçün Sumqayıt Dövlət Universitetinin rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, valideynlər və KİV nümayəndələrinin iştirakları təmin edilir. Bu şəraitdən razı qalan nümayəndələr universitet rəhbərliyinə və kollecin pedaqoji kollektivinə minnətdarlıqlarını ifadə edirlər.
Sonra Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov, Tədris Metodik Mərkəzin direktoru Faiq Şirinov auditoriyalarda olaraq ,imtahan prosesini müşahidə edib, imtahanların aşkarlıq şəraitində, ədalətli, şəffaf və obyektiv keçirilməsi üçün öz tapşırıq və tövsiyələrini verib, tələbə-gənclərə uğurlar arzuladılar.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az