Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Fizika və elektroenergetika fakültəsinin professor-müəllim və tələbə heyəti Şəhidlər xiyabanını ziyarət etdilər
Fizika və elektroenergetika fakültəsinin professor-müəllim və tələbə heyəti Şəhidlər xiyabanını ziyarət etdilər
Azərbaycan tarixinə qürur və şərəf mübarizəsi kimi yazılan 1990-cı ilin 20 Yanvar hadisələrindən otuz il ötür. Bu faciənin ağrı-acısı ilə yaşayan Azərbaycan xalqı 20 Yanvar gününü hər zaman böyük ehtiramla yad edir. Hər il olduğu kimi, bu il də 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında Respublika Prezidenti İlham Əliyev tərəfindən 13 dekabr 2019-cu il tarixli Sərəncam imzalanıb. Sərəncamda Azərbaycan Respublikasının ərazisində və ölkəmizin hüdudlarından kənarda 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş anma mərasimlərinin keçirilməsi, ildönümlə bağlı tədbirlər planının hazırlanması və onun həyata keçirilməsi öz əksini tapıb. Respublikamızın bütün bölgələrində olduğu kimi, Sumqayıt Dövlət Universitetində də 20 Yanvar hadisələri hər il silsilə tədbirlərlə anılır, azadlıq fədailərinin əziz xatirəsi böyük ehtiramla yad olunur. Həmin hadisələrdən illər ötsə də, xalq 20 Yanvar faciəsinin şəhidlərini unutmur, azadlığımız uğrunda canından keçənləri böyük ehtiramla yad edir, onların ruhunu daim əziz tutur.
Yanvarın 18-də Fizika və elektroenergetika fakültəsinin dekanı dosent Tamella Əhmədova, professor-müəllim və tələbə heyəti 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar olaraq, Bakıda Şəhidlər xiyabanı kompleksini ziyarət etdilər. Onlar Vətənin azadlığı və suverenliyi uğrunda canlarını fəda etmiş oğul və qızlarımızın xatirəsini yad etdilər, məzarları üstünə tər qərənfillər düzdülər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az