Əsas səhifə | Xəbərlər | “Heydər Əliyev Azərbaycan Dövlət gənclər siyasətinin banisidir” mövzusunda növbəti məşğələ
“Heydər Əliyev Azərbaycan Dövlət gənclər siyasətinin banisidir” mövzusunda növbəti məşğələ
Yanvarın 31-də Sumqayıt Dövlət Universitetində Heydər Əliyev Məktəbində “Heydər Əliyev Azərbaycan Dövlət gənclər siyasətinin banisidir” mövzusunda növbəti məşğələ keçirildi.
Tədbiri giriş sözü ilə universitetin rektoru professor Elxan Hüseynov açaraq, ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişafı üçün gördüyü mühüm işlərdən, dövlətçiliyimizin möhkəmləndirilməsində, iqtisadiyyatımızın inkişafında əvəzsiz xidmətlərindən, Azərbaycan xalqı qarşısındakı xilaskarlıq missiyasından, fenomenal şəxsiyyət və lider kimi səciyyəvi xüsusiyyətlərindən, zəngin dövlətçilik fəaliyyətindən danışdı. Qeyd etdi ki, məhz Ulu öndərin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ölkədə sabitlik yarandı, respublika iqtisadiyyatı dirçəlməyə başladı. Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasət Azərbaycan gəncliyinin inkişafı üçün də yeni imkanlar yaratdı. Məhz Ulu öndərin rəhbərliyi ilə dövlət gənclər siyasətinin təməli qoyuldu və bu gün bu siyasət uğurla reallaşdırılır. Rektor onu da vurğuladı ki, Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açıldı, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil aldı, müasir ixtisaslara yiyələndilər. Ulu öndərin bu sahədə həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət edirdi. Gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən Dövlət Proqramının tətbiqi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsidir. Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrildi. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu rasional gənclər siyasəti bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Ölkəmizdə təhsil sahəsində yüksək nəticələr əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək məqsədilə dövlət başçısı cənab İlham Əliyev tərəfindən imzalanan məlum sərəncamlar və fərmanlar dövlət gənclər siyasətinin məntiqi davamıdır. Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması ölkə rəhbəri tərəfindən gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Fəlsəfə, sosiologiya və politologiya kafedrasının baş müəllimi Günel Adıgözəlova “Heydər Əliyev Azərbaycan Dövlət gənclər siyasətinin banisidir”, SDU-nun Ağsaqqallar şurasının sədri, Prezident təqaüdçüsü, Fəlsəfə, sosiologiya və politologiya kafedrasının məsləhətçi professoru, fəlsəfə elmləri doktoru Həsən Sadıqov “Gənclərin Ali təhsil sistemində vətənpərvərlik”, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nemət İbayev “Azərbaycan dövlət gənclər siyasətində milli - mənəvi dəyərlər amili”, Mühəndislik fakültəsinin III kurs tələbəsi, Tələbə Gənclər Təşkilatının sədri Tayfun Hacılı “Azərbaycan dövlət müstəqilliyinin qorunmasında gənclərin rolu”, Fizika və elektroenergetika fakültəsinin IV kurs tələbəsi Səadət Şirinova “Müasir Azərbaycan gənclərinə dövlət qayğısı”, Filologiya fakültəsinin III kurs tələbəsi Aynur Əliyeva “Azərbaycan gəncliyi Heydər Əliyev ideologiyasına sadiqdir” mövzularında çıxış etdilər. Azərbaycan Gənclər siyasətinin banisi ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə gənclərə verdiyi önəm və onların inkişafı uğrunda gördüyü işlərdən danışdılar. Ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyinin hamisi olduğunu vurğulayaraq, dilimizin, milli-mənəvi dəyərlərimizin qorunmasına və inkişafına verdiyi töhfələrdən bəhs etdilər.
Tələbələr də çıxışlarında ölkəmizdə uğurla reallaşdırılan gənclər siyasətinin onların həyatında oynadığı roldan danışdılar.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az