Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | ERASMUS+EQAC layihəsi çərçivəsində tələbələr arasında növbəti sorğu keçirildi
ERASMUS+EQAC layihəsi çərçivəsində tələbələr arasında növbəti sorğu keçirildi
Yanvarın 31-də Sumqayıt Dövlət Universitetində Avropa Komissiyasının maliyyələşdirdiyi ERASMUS+EQAC (Azərbaycan universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi) layihəsi çərçivəsində tələbələr arasında növbəti sorğu keçirildi.
Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin metodisti Nigar Məmmədova Avropa Kommissiyasının maliyyələşdirdiyi ERASMUS+EQAC layihəsi haqqında iştirakçılarda ümumi biliklərin yaranması üçün təqdimatla çıxış etdi. Sorğuda fokus tələbə heyətindən başqa, Mühəndislik fakültəsinin 611–ci qrupu, həmin fakültənin laborantı Arzu Bəhrəmova və Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin əməkdaşı Gülnar Hüseynova iştirak etdilər.
Layihə çərçivəsində koordinator universitet olan Bakı Biznes Universiteti tərəfindən hazırlanmış online tələbə sorğu blankları dolduruldu və tələbələr həmin sorğunu cavablandırdılar. Layihənin iş planına uyğun olaraq, pilot ixtisasda təhsil alan tələbələr üçün sorğuların davamlı keçirilməsi nəzərdə tutulur.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az