Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universiteti nəzdində yaradılmış FD 2.23 Dissertasiya Şurası fəaliyyətə başladı
Sumqayıt Dövlət Universiteti nəzdində yaradılmış FD 2.23 Dissertasiya Şurası fəaliyyətə başladı
Ölkəmizdə ali təhsilin dünya təhsil sisteminə, Avropa ali təhsil məkanına inteqrasiya olunması Sumqayıt Dövlət Universitetində də müasir tədris şəraitinin yaradılmasına, elmin inkişafına xidmət edir. Yüksək informasiya texnologiyalarına, əlverişli tədris şəraitinə, elmi potensiala malik olan universitetin qazandığı nailiyyətlər ildən-ilə artır, daha da yenilənir, zənginləşir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 2018-ci ildə universitetin tarixində ilk dəfə olaraq Sumqayıt Dövlət Universiteti nəzdində 3337.01 – İnformasiya – ölçmə və idarəetmə sistemləri (sahələr üzrə) və 3303.01 – Kimya texnologiyası və mühəndisliyi ixtisasları üzrə fəlsəfə doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün FD.02.193 - Dissertasiya Şurası yaradılmış və müvəffəqiyyətlə fəaliyyət göstərmişdir.
Bu uğurun davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 27.12.2019- cu il tarixli (protokol 14-R) qərarına əsasən SDU nəzdində 2306.01-Üzvi kimya, 2314.01-Neft kimyası ixtisasları üzrə kimya elmləri sahəsində fəlsəfə doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün qeydiyyat nömrəsi FD 2.23.olan Dissertasiya Şurası yaradılmışdır. Ali Attestasiya Komissiyasının 28 dekabr 2019-cu il tarixli F-156 saylı əmri ilə Dissertasiya Şurasının tərkibi 12 nəfərdən ibarət təsdiq edilmişdir. Azərbaycan Respublikasının Əməkdar müəllimi kimya elmləri doktoru, professor Əkbər Əli oğlu Ağayev Dissertasiya Şurasının sədri, kimya elmləri doktoru, professor Ağa Məmməd oğlu Mustafayev sədr müavini, kimya elmləri namizədi Musa Musa oğlu Mustafayev Elmi katib təyin edilmişlər.
Universitet rəhbərliyinin elmlər doktoru və fəlsəfə doktoru proqramları üzrə elmi dərəcəli kadr hazırlığına göstərdiyi qayğı və diqqətin məntiqi davamı kimi yaradılmış üç yeni Dissertasiya Şurasından biri olan FD 2.23 Dissertasiya Şurası 01.11.2022-ci ilə qədər fəaliyyət göstərəcəkdir.
Dissertasiya Şurasının birinci iclası 31 yanvar 2020-ci il tarixində keçirildi. İclasda Dissertasiya Şurasının fəaliyyəti ilə bağlı təşkilati məsələlər geniş müzakirə olundu.
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az