Əsas səhifə | Xəbərlər | Beynəlxalq Elm və Mühəndislik Sərgisi müsabiqəsinin tarixində ilk dəfə olaraq azərbaycanlı alim - Sumqayıt Dövlət Universitetinin əməkdaşı münsif qismində iştirak edəcək
Beynəlxalq Elm və Mühəndislik Sərgisi müsabiqəsinin tarixində ilk dəfə olaraq azərbaycanlı alim - Sumqayıt Dövlət Universitetinin əməkdaşı münsif qismində iştirak edəcək
11-15 may 2020-ci il tarixlərində ABŞ-ın Anahaym şəhərində Beynəlxalq Elm və Mühəndislik Sərgisi (İSEF – İnternational Science and Engineering Fair) keçiriləcək. Bu il müsabiqənin tarixində ilk dəfə olaraq İSEF-in münsiflər heyətinin tərkibinə fizika və astronomiya kateqoriyası üzrə “Böyük Mükafat” münsifi qismində azərbaycanlı alim – Sumqayıt Dövlət Universitetinin əməkdaşı, “Sabahın alimləri” Respublika müsabiqəsinin Elmi Ekspertiza Komitəsinin rəhbəri dosent Samir Orucov daxil edilib.
Qeyd edək ki, 1958-ci ildən etibarən ABŞ-da keçirilən İBeynəlxalq Elm və Mühəndislik Sərgisinə hər il 70-80 ölkədən IX – XI sinif şagirdlərindən ibarət komandalar iştirak edir.
2012-ci ildən etibarən “Sabahın alimləri” Respublika müsabiqəsinin qaliblərindən ibarət komanda İSEF-də Azərbaycanı uğurla təmsil edir.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az