Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Əməkdaşların fakültələrarası 3 idman növü üzrə spartakiadasına start verildi
Əməkdaşların fakültələrarası 3 idman növü üzrə spartakiadasına start verildi
Ölkə başçısı cənab İlham Əliyevin 2020-ci ili Könüllülər ili elan etməsi ilə əlaqədar olaraq Sumqayıt Dövlət Universitetində silsilə tədbirlər keçirilir. Fevralın 11-də Sumqayıt Dövlət Universiteti və SDU-nun nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin əməkdaşlarının fakültələrarası 3 idman növü (şahmat, dama və nərd) üzrə yarışlarına start verildi.
Ölkədə idmanın sürətlə inkişaf etdiyi bir zamanda müxtəlif elmi müəssisələrdə bu sahəyə xüsusi diqqət göstərilir. Sumqayıt Dövlət Universitetində də əməkdaşların elmi-ictimai, mədəni-kütləvi fəaliyyətini dəstəkləyən, eyni zamanda onların hərtərəfli inkişafını hədəfləyən müxtəlif layihələr reallaşdırılır. Əməkdaşlar arasında keçirilən idman spartakiadası bu qəbildən olan tədbirlərdəndir.
İntellektual idman növü şahmat üzrə keçirilən yarışda 8 komanda iştirak etdi. Şahmatçılar maraqlı mübarizə apardılar. Nəticədə Filologiya fakültəsinin komandası I yerə, Kimya və biologiya II yerə, Fizika və elektroenergetika III yerə layiq görüldülər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az