Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Dama üzrə idman yarışı keçirildi
Dama üzrə idman yarışı keçirildi
Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək, ümummilli hərəkata çevrilmiş, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə edir. Ölkə başçısı cənab İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi ilə əlaqədar olaraq, fevralın 12-də Sumqayıt Dövlət Universiteti və SDU-nun nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin xanım əməkdaşlarının fakültələrarası dama üzrə idman yarışı keçirildi.
Yarışda 8 komanda iştirak etdi. Nəticədə, Kimya və biologiya fakültəsinin komandası I yerə, Mühəndislik II yerə, Fizika və elektroenergetika fakültəsinin komandası isə III yerə layiq görüldülər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az