Əsas səhifə | Xəbərlər | Nərd üzrə idman yarışı keçirildi
Nərd üzrə idman yarışı keçirildi
Fevralın 13-də ölkə başçısı cənab İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi ilə əlaqədar olaraq Sumqayıt Dövlət Universiteti və SDU-nun nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin əməkdaşlarının fakültələrarası nərd üzrə idman yarışı keçirildi. Ölkəmizdə idmana dövlət tərəfindən göstərilən xüsusi diqqət və qayğı sözügedən ali təhsil müəssisəsinin idman həyatına da əhəmiyyətli təsir göstərib. Belə ki, burada tələbələrin və əməkdaşların fiziki sağlamlığı, asudə vaxtlarının səmərəli təşkili istiqamətində məqsədyönlü kompleks tədbirlər həyata keçirilir.Təşkil olunmuş genişmiqyaslı yarışlar da buna əyani sübutdur.
Yarışda 8 komanda iştirak etdi. Nəticədə tarix və coğrafiya fakültəsinin komandası I yerə, Mühəndislik II yerə, Fizika və elektroenergetika fakültəsinin komandası isə III yerə layiq görüldülər
Yarışın məqsədi nərd üzrə istedadlı oyunçuların aşkar edilməsi və milli nərd oyununun təbliği və inkişaf etdirilməsidir.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az