Əsas səhifə | Xəbərlər | Əməkdaşlarımız “Twinninq” layihəsi çərçivəsində keçirilən təlimlərdə iştirak etdilər
Əməkdaşlarımız “Twinninq” layihəsi çərçivəsində keçirilən təlimlərdə iştirak etdilər
Fevralın 11-dən 13-dək Azərbaycan Dövlət Pedaqoji Universitetində Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlar (ESG), Ali Təhsildə Keyfiyyətə Təminat üzrə Avropa Assosiasiyası (ENQA), Avropa Tələbələr Birliyi (ATB), Avropa Universitetlər Assosiasiyası (EUA), Ali Təhsil Müəssisələrinin Avropa Assosiasiyası (EURASHE), Müəllim Həmkarlar İttifaqları Federasiyası (Eİ), Avropa Biznes Təşkilatı (BusinessEurope), Ali Təhsildə Keyfiyyət Təminatı üzrə Avropa Reyestri Təşkilatı (EQAR) tərəfindən təşkil olunan “Twinninq” layihəsi çərçivəsində keçirilən təlimlərdə Sumqayıt Dövlət Universitetindən Fizika və onun tədrisi metodikası kafedrasının müdiri dosent Fuad Məmmədov,Tədris hissəsinin müdiri Sabir Behbudov, İnformatika kafedrasının baş müəllimi Aygün Tağıyeva, İnformasiya və kompüter texnikası kafedrasının müəllimi Könül Allahverdiyeva, Xarici dillər kafedrasının müəllimi Aytən Bunyatova iştirak etdilər.
Təlim Litvadan dəvət olunmuş fəlsəfə doktoru, dosent İnga Juknyte-Peteriekiene tərəfindən keçirildi. Təlimin yekununda iştirakçılara sertifikatlar verildi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az