Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Əməkdaşlarımız Tvinninq layihəsi çərçivəsində seminarda iştirak etdilər
Əməkdaşlarımız Tvinninq layihəsi çərçivəsində seminarda iştirak etdilər
Fevralın 18-dən 20-dək Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində (AzTU) “Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində “İnnovativ tədris, təlim və qiymətləndirmə” mövzusunda seminar keçirildi. Seminarın əsas məqsədi innovativ tədris, təlim və beynəlxalq təcrübə əsasında qiymətləndirməyə dair məlumatlılığı, həmçinin tədrisin və təlimin keyfiyyətini artırmaqdan ibarətdir.
Litva və Latviyadan olan ekspertlər qeyd etdilər ki, Avropa ali təhsil məkanının prinsip və mexanizmlərini tətbiq etməklə, Azərbaycanda ali təhsilin institusional potensialını artırmaq qarşıya qoyulan hədəflərdəndir.
Seminarda bir çox ali məktəblərlə yanaşı, Sumqayıt Dövlət Universitetinin bir qrup əməkdaşı: Qiymətləndirmə və keyfiyyətə nəzarət bölməsinin müdiri dosent Xəlil Alıyev, Elektromexanika kafedrasının müdiri dosent Turqay Hüseynov, Tarix və onun tədrisi metodikası kafedrasının baş müəllimi Sarvan Bədəlov, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Aynurə Bağırova, İnformasiya və kompüter texnikası kafedrasının baş müəllimi Fəridə Ağayeva, Neft kimyası və kimya mühəndisliyi kafedrasının assistenti Elnur Əhmədov iştirak etdilər.
Sonda hər bir iştirakçıya ekspertlər tərəfindən sertifikat təqdim olundu.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az