Əsas səhifə | Xəbərlər | ERASMUS+EQAC layihəsi çərçivəsində tələbələr arasında növbəti təlim və sorğu keçirildi
ERASMUS+EQAC layihəsi çərçivəsində tələbələr arasında növbəti təlim və sorğu keçirildi
Fevralın18-dən 20-dək Sumqayıt Dövlət Universitetində Avropa Komissiyasının maliyyələşdirdiyi ERASMUS+EQAC (Azərbaycan universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi) layihəsi çərçivəsində Keyfiyyət Təminatı şöbəsinin müdiri Nihad Hüseynov tərəfindən təlim və sorğu aparıldı. O, Avropa Kommissiyasının maliyyələşdirdiyi ERASMUS+EQAC layihəsi çərçivəsində Tarix və coğrafiya fakültəsinin magistrantları üçün ilk gün “Fishborn” diaqramı, mənimsəmə nəticələri, növbəti gün isə “Blum taksanomiyası” mövzularında iştirakçılarda ümumi biliklərin yaranması üçün təqdimatla çıxış etdi.
Sonra tələbələrə qrup işləri verildi və flipçatlarla təqdimatlar oldu. Təlim interaktiv, sual-cavab, müzakirələr şəkilində aparılmışdır və eyni zamanda tələbələr də fəal iştirak etdilər.
Təlimdən sonra layihə çərçivəsində koordinator universitet olan Bakı Biznes Universiteti tərəfindən hazırlanmış online tələbə sorğu blankları dolduruldu və 3 gün ərzində tələbələr qruplara bölünərək həmin sorğunu cavablandırdılar. Qeyd etmək lazımdır ki, sorğular anonimlik təşkil edirdi. Sorğuda İqtisadiyyat və idarəetmə, Tarix və coğrafiya, Riyaziyyat və Filologiya fakültəsindən 100 tələbə iştirak etdi. Tələbələr sorğulara xeyli maraq göstərdilər və bu tip sorğuların tez-tez keçirilməsini arzu etdilər. Təlim və sorğuda EQAC layihəsinin SDU tərəfdən meneceri, Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri t.f.d. Samirə Məmmədova, şöbənin metodisti Nigar Məmmədova və lobarantı Gülnar Hüseynova da iştirak etdilər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az