Əsas səhifə | Xəbərlər | Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir
Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir
Fevralın 24-də Riyaziyyat fakültəsində Xocalı soyqırımının 28-ci ildönümü qeyd edildi. Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Tədbiri Riyaziyyat fakültəsinin dekan müavini dosent Məmmədəli Məmmədov açaraq bildirdi ki,1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirdi. Xalqımız Xocalı soyqırımını və digər faciələri heç zaman unutmayacaq, bu faciələr bizim qan yaddaşımızdan silinməyəcəkdir. Bu vəhşiliyi törətmiş cinayətkarlar Azərbaycan xalqı qarşısında cavab verəcək, layiq olduqları cəzalarına çatacaqlar. Tezliklə Azərbaycan işğal altında olan torpaqlarının azad edilməsinə nail olacaq, Dağlıq Qarabağ üzərində suverenliyini bərpa edəcəkdir.
TGT–nin fakültə üzrə sədri Ülkər Laçınova və digər tələbələr çıxış edərək, Xocalı dəhşətlərini tələbələrə faktlar və sənədlərlə çatdırdılar. Bildirdilər ki, amansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş Xocalı qətliamından bizi 28 il ayırır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı soyqırımı bəşər tarixində ən qanlı faciələrdən biridir. Nə qədər insan erməni silahından yayınıb meşələrə, dağlara qaçsalar da, onların çoxu soyuqdan, şaxtadan məhv oldular. Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələmiş, onlara amansız divan tutmuşlar. Beləliklə, cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin: qocalar, uşaqlar, qadınlar əsir götürülərək, ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir. Bir gecənin içərisində qədim Xocalı yerlə - yeksan edilmişdir.
Çıxışlardan sonra Xocalı soyqırımına həsr olunmuş sənədli film nümayiş olundu.
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az