Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Filologiya fakültəsində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirildi
Filologiya fakültəsində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirildi
Fevralın 25-də Filologiya fakültəsində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.
Tədbir soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Tədbiri giriş sözü ilə açan Pedaqogika və psixologiya kafedrasının müdiri dosent Aytəkin Məmmədova tarixin müxtəlif dönəmlərində xalqımızın üzləşdiyi soyqırımlarından, Xocalıda törədilən faciənin acılarından söz açdı. Bildirdi ki, bu kütləvi qırğında yüzlərlə soydaşımız xüsusi qəddarlıqla qətlə yetirildi, yandırıldı və girov götürülərək, ağır işgəncələrə məruz qaldı. Xalqımız bu soyqırımı aktını heç vaxt unutmayacaq. Dosent Aytəkin Məmmədova ölkə rəhbərliyinin apardığı uğurlu siyasət nəticəsində Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunacağı, işğal olunan torpaqlarımızın azad ediləcəyi günün uzaqda olmadığını, gənclərin üzərinə bu istiqamətdə məsuliyyətli və vacib vəzifələrin düşdüyünü qeyd etdilər.
Tədbirdə çıxış edənlər Xocalıda xalqımızın başına gətirilən müsibətlərdən danışdılar, soyqırımın günahkarları, təşkilatçıları və icraçılarının layiqli cəzalarını alacaqlarını bildirdilər.
Tədbirin sonunda Xocalı faciəsindən bəhs edən videoçarx nümayiş olundu.
 
Mətbuat xidməti
   
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az