Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Mənəvi dəyərlər və ətraf mühitin mühafizəsi” adlı kitab nəşr olundu
“Mənəvi dəyərlər və ətraf mühitin mühafizəsi” adlı kitab nəşr olundu
Filologiya fakültəsinin baş müəllimi Əli Rzazadənin “Mənəvi dəyərlər və ətraf mühitin mühafizəsi” adlı kitabı nəşr olundu. Kitabda ümumbəşəri problemlərdən biri olan ekoböhranın yaranma səbəbləri, mənəvi dəyərlərin problemə münasibəti və ətraf mühitin mühafizəsində mənəvi dəyərlərin rolu, Azərbaycan ədəbiyyatı klassiklərinin öz əsərlərində təbiət sevgisi nümunələri və qorunmasına münasibəti, müasir Azərbaycanda ətraf mühitin qorunması istiqamətində atılan adımlar yer almışdır. Kitab Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə çap edilmişdir. Kitabın müəllifi, şərqşünas, tədqiqatçı-yazar Əli Rzazadə bundan öncə “Yağış”, “Səmaya qayıdan yazı”, “Sonsuz” romanlarını, "Qurani Kərimdə qadın obrazları" tədqiqat əsərini və ərəb dilində “Xocalıya ədalət” adlı kitabını oxuculara təqdim etmişdi.
 
Mətbuat xidməti
   
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az