Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Spartakiadanın qalibləri mükafatlandırıldı
Spartakiadanın qalibləri mükafatlandırıldı
Ölkə başçısı cənab İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi ilə əlaqədar olaraq fevralın 10-dan 14-dək Sumqayıt Dövlət Universiteti və SDU-nun nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin əməkdaşlarının fakültələrarası 3 idman növü (şahmat, dama və nərd) üzrə yarışlar keçirildi.
Fevralın 27-də İdman zalında spartakiada qaliblərinin mükafatlandırılması mərasimində universitetin rektoru professor Elxan Hüseynov çıxış edərək qalibləri təbrik etdi. Keçirilən spartakiadanın əhəmiyyətindən və Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısından söz açdı. Ölkəmizdə bu sahənin, xüsusən də idman mədəniyyətinin gündən-günə daha sürətlə inkişaf etdiyini söyləyən rektor Sumqayıt Dövlət Universtetinin idman həyatına da əhəmiyyətli təsir göstərdiyini vurğuladı. Bildirdi ki, Sumqayıt Dövlət Universitetində tələbələrin və əməkdaşların fiziki sağlamlığı, asudə vaxtlarının səmərəli təşkili istiqamətində məqsədyönlü kompleks tədbirlər həyata keçirilir. Spartakiadanın ildən-ilə təkmilləşməsindən və növbəti illərdə daha da yaxşı təşkil olunacağından bəhs edən rektor bu işdə iştirakçıların da böyük pay sahibi olduqlarını diqqətə çatdırdı.O, bütün Spartakiada iştirakçılarına yarışlarda göstərdikləri fəallığa görə dərin minnətdarlığını bildirdi, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər dilədi.
Sonra qaliblərin mükafatlandırılmasına başlanıldı. Rektor qaliblərə fəxri fərman və qiymətli hədiyyələr təqdim etdi.
Ümumi nəticəyə görə, şahmat üzrə I yerə Filologiya, II yerə Kimya və biologiya, III yerə Fizika və elektroenergetika, Dama üzrə I yerə Kimya və biologiya, II yerə Mühəndislik, III yerə Fizika və elektroenergetika, Nərd üzrə I yerə Tarix və coğrafiya, IIyerə Mühəndislik , III yerə Fizika və elektroenergetika fakültələri layiq görüldülər.
Çıxışçılar da öz növbələrində spartakiadanın yüksək səviyyədə təşkil olunmasına görə universitet rəhbərliyinə dərin minnətdarlıqlarını bildirdilər.
Mükafatlandırma mərasimindən sonra“Könüllülər ili”nə həsr olunmuş tələbələr arasında spartakiadaya start verildi.
 
Mətbuat xidməti
   
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az