Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Nə? Harada? Nə zaman?” tələbə bilik yarışı keçirildi
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Nə? Harada? Nə zaman?” tələbə bilik yarışı keçirildi

Mayın 1-də SDU-nun kitabxanasında “Nə? Harada? Nə zaman?” tələbə bilik yarışı keçirildi. Yarış Tələbə Həmkarlar Təşkilatının dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuşdur.
Tədbiri giriş sözü ilə açan universitetin prorektoru, dosent Nizami Namazov yarış iştirakçılarını salamladı və bildirdi ki, Ümummilli lider Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Onun potensial güc mənbəyi kimi elmi-fiziki güclərinə üstünlük verdiyi, ictimai və sosial həyatın, cəmiyyət quruculuğunun bütün sferalarında təmsil olunmalarına geniş imkanlar yaratdığı qüvvə həmişə gənclər olub. Məhz həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə, malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Bu gün tələbələrimizin bilik və savadlarının üzə çıxarılması üçün belə intellektual yarışların keçirilməsi əhəmiyyətlidir.
Tələbələr arasında keçirilən yarışda SDU-nun 7 fakültəsinin  komandaları iştirak edirdi. Üç turda keçirilən yarışda birinci yeri Filologiya fakültəsinin “Naturalistlər” komandası, ikinci yeri Mühəndislik fakültəsinin “Acces”, üçüncü yeri isə Kimya və biologiya fakültəsinin “Chemistry” komandası tutdular.
Tələbə Həmkarlar Təşkilatının sədri Nemət İbayev tələbələr arasında belə yarışların keçirilməsi Ümummili Lider Heydər Əliyevin xatirəsinə dərin ehtiram və hörmətin təcəssümü olduğunu vurğuladı. 
Sonda prorektor qalibləri təbrik etdi və onları Fəxri fərman və kubokla təltif etdi. 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az