Əsas səhifə | Xəbərlər | Ekoloq tələbələr “Təmiz şəhər” ASC-nin” müəssisələri olan Balaxanı Sənaye Parkında və Bərk Məişət Tullantılarının çeşidlənməsi zavodunda ekskursiyada oldular
Ekoloq tələbələr “Təmiz şəhər” ASC-nin” müəssisələri olan Balaxanı Sənaye Parkında və Bərk Məişət Tullantılarının çeşidlənməsi zavodunda ekskursiyada oldular
Sumqayıt Dövlət Universitetinin Kimya və biologiya fakültəsinin Ekologiya kafedrasının əməkdaşlarının təşkilatçılığı ilə fevralın 27-də mühəndis ekoloq tələbələrin “Təmiz şəhər” ASC-nin” müəssisələri olan Balaxanı Sənaye Parkında və Bərk Məişət Tullantılarının çeşidlənməsi zavodunda ekskursiyada oldular.
Bərk Məişət Tullantılarının çeşidlənməsi zavodunun direktoru Eldar Hüseynov və digər mühəndislər tələbələrə zavodun yaranması zərurətindən, tarixindən, burada olan sexlərin iş prinsipindən tullantıların tam çeşidlənməsi və yenidən müxtəlif istehsal prosesinə yönəldilməsi qaydalarından, təhlükəli tullantıların klassisfikasiyasından, yeni iş yerlərinin yaranmasından bir sözlə, zavodun nə dərəcədə əhəmiyyətli olması haqqında geniş məlumat verdilər. Bildirdilər ki, Balaxanı Sənaye Parkı - davamlı infrastrukturun yaradılması, sənayenin ətraf mühitə mənfi təsirinin azaldılması, tullantıların zərərsizləşdirilməsi zamanı əldə edilən alternativ enerjinin sənaye parkında istifadə olunması imkanı, təkrar emal nəticəsində təbii resurslara və enerjiyə qənaət olunması, xammalın idxalı asılılığının azaldılması və s. bu kimi günün aktual problemlərinin həllini özündə birləşdirən böyük sənaye mərkəzidir.
Balaxanı Sənaye Parkı CHİM–in ictimaiyyətlə əlaqələr şöbəsinin meneceri Rövşən Babayev Sənaye parkının yaradılması tarixindən, ayrı-ayrı istehsalat sahələrinin fəaliyyətindən, Bakı şəhərinin mütəlif ərazilərindən gətirilmiş qarışıq tullantıların yandırılaraq zərərsizləşdirilməsindən, yanma istiliyindən alınmış buxarın elektrik enerjisinə çevrilməsindən, bu mərkəzin gələcəkdə hədəf götürdüyü plastik tullantıların təkrar emalından və s. görülən və planlaşdırılan işlər haqqında tələbələrə ətraflı məlumat verdi. Hər iki müəssisədə tələbələr məlumatlarla yanaşı, əyani surətdə birbaşa istehsalatlarla yaxından tanış oldular və təhlükəli istehsalatları isə manitordan operatorun köməyi ilə izlədilər.
Ekoloq tələbələr ekskursiyadan razı qaldılar və belə tədbirlərin davamlı olmasını arzuladılar.
 
Mətbuat xidməti
   
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az