Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universiteti koronavirus əleyhinə dezinfeksiya edildi
Sumqayıt Dövlət Universiteti koronavirus əleyhinə dezinfeksiya edildi
Son günlər bütün dünyada geniş vüsət alan Koronavirus (2019-nCoV ) epidemiyası ilə bağlı Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrası ilə bağlı ölkəmizdə də qabaqlayıcı tədbirlər görülür. Fevralın 25-də Sumqayıt Dövlət Universitetində əsaslı dezinfeksiya işləri aparıldı. Universitetin hər üç tədris binasında virus eleyhinə dezinfeksiya edildi.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında yeni koronavirus (2019-n CoV) xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı”nın icrasının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası Təhsil nazirinin 05 fevral 2020-ci il tarixli F-75 nömrəli əmri ilə təstiq edilmiş Təhsil Nazirliyinin Tədbirlər Planına əsasən Sumqayıt Dövlət Universitetində həkim- mütəxəssisləri tərəfindən maarifləndirici tədbir keçirilmişdir.
 
Mətbuat xidməti
   
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az