Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Nümayəndəmiz Fransada səfərdə oldu
Nümayəndəmiz Fransada səfərdə oldu
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək” Tvinninq layihəsi çərçivəsində Fransaya tədris səfəri başa çatdı. Səfər çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşlarından, ölkəmizin bir sıra ali təhsil müəssisələrinin prorektorlarından və Tvinninq layihəsinin təmsilçisindən ibarət 9 nəfərlik nümayəndə heyəti Fransanın Təhsil Nazirliyində və müvafiq ali məktəblərində oldular.
Səfərin məqsədi Fransa universitetlərində tətbiq edilən qabaqcıl təcrübə və yanaşmalar, eləcə də bu yanaşmalarla bağlı dövlət və universitetlərin həyata keçirdiyi siyasətlə tanışlıq idi.
Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti və Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas şöbəsi, eləcə də yeni yaradılmış Təhsildə Keyfiyyət Agentliyini təmsil edən nümayəndələr bu məqsədlə Fransanın Beynəlxalq Təhsil Təşkilatı, Ali Təhsil, Elmi-Tədqiqat və İnnovasiyalar Nazirliyi və Ali Təhsil və Elmi Tədqiqatın Qiymətləndirilməsi üzrə Ali Şurasında (HCERES) görüşlər keçirdilər.
Qeyd edək ki, Sumqayıt Dövlət Universitetini Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov təmsil etdi.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az