Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun rektoru Novruz bayramı münasibətilə kollektivi pul mükafatı ilə sevindirdi
SDU-nun rektoru Novruz bayramı münasibətilə kollektivi pul mükafatı ilə sevindirdi
Novruz bayramı xalqımızın sevimli bayramıdır. Əsrlər boyu Azərbaycan xalqı Novruz bayramını qeyd edib. Mənşəyini uzaq keçmişin ən dərin qatlarından alan Novruz bayramı Azərbaycan xalqının mənəvi sərvəti kimi günümüzədək layiqincə yaşadılır. Odlar diyarını sivilizasiyaların qovuşuğundakı qədim mərkəz olaraq tanıdıb şöhrətləndirən mədəni sərvətlər xəzinəmizdə Novruz mərasimləri müstəsnə mövqeyə malikdir. Novruz bayramı tarixi-mədəni irsə bağlılığımızın ifadəsinə çevrilmişdir. Özündə insanlara xas ali dəyərləri cəmləşdirən bu bayramın UNESKO tərəfindən ümumbəşəri irsin şah əsərləri sırasına daxil edilməsi hər birimiz üçün iftixar mənbəyidir.
Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov universitetin bütün əməkdaşlarını qarşıdan gələn bahar təravətli Novruz bayramı münasibətilə təbrik etdi, onlara bol ruzi-bərəkət, əmin-amanlıq və yeni-yeni nailiyyətlər arzuladı, bayram hədiyyəsi olaraq pul mükafatı ilə sevindirdi.
Qeyd edək ki, SDU-nun rektoru professor Elxan Hüseynovun imzaladığı əmrə əsasən işçilərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə hər il Yeni il öncəsi, Novruz, Ramazan, Qurban bayramları ərəfəsində universitetin bütün əməkdaşlarına maddi yardımlar olunur. Bu da kollektiv tərəfindən böyük rəğbətlə qarşılanır.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az