Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələrarası intellektual oyun keçirildi
Tələbələrarası intellektual oyun keçirildi
Təhsil Nazirliyinin təşəbbüsü ilə “Evdə qal, təhsildən qalma” layihəsi çərçivəsində Sumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə aprelin 9-da tələbələr arasında onlayn formatda intellektual oyun keçirildi.
Oyunun keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsini, dünyagörüşünü genişləndirmək, eləcə də asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.
Qeyd edək ki, oyunda 7 fakültənin komandaları iştirak etmişdir. Onlardan 1-ci yeri Filologiya fakültəsi, 2-ci yeri Kimya və biologiya fakültəsi, 3-cü yeri isə Mühəndislik fakültəsinin komandaları tutdu.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az