Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Əməkdaşlarımız Türkiyənin İzmir şəhərində onlayn keçirilən konfransda sertifikata layiq görülmüşdülər
Əməkdaşlarımız Türkiyənin İzmir şəhərində onlayn keçirilən konfransda sertifikata layiq görülmüşdülər
Sumqayıt Dövlət Universitetində təhsil prosesi ilə yanaşı, elmi işlərin yerinə yetirilməsində də böyük nailiyyətlər əldə olunmaqdadır. Bu, əməkdaşlarımızın beynəlxalq səviyyəli konfranslarda mütəmadi olaraq iştirakında öz əksini tapır. Belə ki, universitetimizin iki əməkdaşı: İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yahyayeva və İqtisadiyyat kafedrasının dosenti Səadət Hümbətəliyeva martın 20-dən 22-dək Türkiyənin İzmir şəhərində keçirilməsi nəzərdə tutulan X Dünya Təhsil Texnologiyaları Tədqiqatları konfransına (WCETR-2020) dəvət almışdılar. Məlum olduğu kimi koronavirus xəstəliyi (COVID-19) bütün dünyaya təsir etmişdir. Bununla əlaqədar olaraq Türkiyədə qapalı ərazilərdə görüşlər keçirmək qadağan olunmuşdur. Ona görə də konfransın təşkilat komitəsi tərəfindən iştirakçıların sağlamlıqları nəzərə alınaraq konfransın martın 20-dən 22 –dək onlayn olaraq keçirilməsi qərara alınmışdı.Bir çox dövlətlərin professor - müəllim heyəti və tədqiqatçılarının iştirak etdiyi konfransda dosent Aynurə Yahyayeva “Təhsilə sosial investisiyaların cəlb edilməsinin səmərəliliyi”, dosent Səadət Hümbətəliyeva isə “Ali təhsil sistemində inteqrasiya və mobilliyin təmin edilməsi” mövzusunda təqdimatla çıxış edərək konfrans iştirakçılarının suallarını ətraflı cavablandırmışdılar. Hər iki əməkdaşımız məqalə və çıxışlarına görə sertifikata layiq görülmüşdülər.
Qeyd edək ki, konfransa qəbul edilən məqalələr "Humanitar və sosial elmlər üzrə yeni tendensiyalar və məsələlər haqqında" (Web of Science, prosoc.eu indekslənmişdir) adlı jurnalda dərc ediləcək və həmçinin SCOPUS, ERIC və Clarivate Reuters konfrans materiallarına istinad indeksinə - CPCI təqdim olunacaqdır.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az