Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinin nümayəndə heyəti Qurban bayramı günü şəhid məzunlarının ailələrini ziyarət etdi
Sumqayıt Dövlət Universitetinin nümayəndə heyəti Qurban bayramı günü şəhid məzunlarının ailələrini ziyarət etdi

Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan şəhid, məcburi köçkün və imkansız ailələrə daim diqqət və qayğı bu gün də ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Respublikamızın hər bir bölgəsində bayram günlərində imkansız ailələr ziyarət olunur və onlara bayram sovqatları hədiyyə olunur.
Müqəddəs Qurban Bayramı günündə SDU-nun bir qrup nümayəndə heyəti-Həmkarlar Təşkilatının sədri Turan Cəfərov, universitetin baş müəllimi Elmar Xəlilov, YAP Gənclət təşkilatının sədri Səma Əsədova, universitetin Tələbə Gənclər  Birliyinin sədri Şənlik Əliyev və tələbə nümayəndə heyəti şəhid və imkansız ailələrə baş çəkmiş, onlara  bayram hədiyyələri təqdim etmişlər.
İlk öncə məzunumuz Fuad Əhmədovun ailəsi ziyarət olundu. Universitetin kollektivi adından nümayəndə heyəti  onların bayramlarını təbrik etdi və bayram hədiyyələrini ailə üzvlərinə çatdırdılar. Ailə başçısı, şəhid atası Sədrəddin Əhmədov  daim onlara göstərilən diqqət və qayğıya görə ailəsi adından ölkə rəhbərinə minnətdarlığını bildirdi və universitetin nümayəndə heyətinə təşəkkür etdi.
Sonra nümayəndə heyəti şəhid Mehdi Mehdiyevin ailə üzvlərinə baş çəkərək onları da bayram hədiyyələri ilə təbrik etdilər. Şəhid anası əlil  Reyhan Mehdiyeva  şəhid ailəsinə göstərilən böyük ehtiram üçün  nümayəndə heyətinə təşəkkür etdi.  Şəhid anası qeyd etdi ki, mən xüsusi olaraq ölkə başçısı cənab İlham Əliyevə çox sağ olun deyirəm. Bu şəhid ocağı heç bir vaxt unudulmur.
Sonra nümayəndə heyəti Hacı Zeynalabdin Tağıyev qəsəbəsində məskunlaşan məcburi köçkün, şəhid məzunumuz Həmzə Əhmədovun ailəsini də bu müqəddəs bayram günündə yad etdi. Şəhid atası Qardaşxan kişi belə bir gündə ziyarət edildiklərinə görə, oğlunun məzun olduğu SDU-nun kollektivinə böyük minnətdarlıq etdi: “ Sizin bu ziyarətiniz  şəhid oğlumun ruhuna hörmətin təcəssümüdür. Biz müstəqil dövlətimizin bütövlüyünün qorunması uğrunda hər an mübarizəyə hazırıq. Mən də sizin hamınızı, xüsusi olaraq ölkə başçısı cənab İlham Əliyevi və onun ailə üzvlərini  ailəmiz adından bu müqəddəs gün münasibəti ilə təbrik edirəm”.
Sonra nümayəndə heyəti daha bir neçə imkansız ailələrə baş  çəkərək onları da bayram hədiyyələri ilə təbrik etdilər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az