Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Riyaziyyat fakültəsində tədris prosesi onlayn formada uğurla davam etdirilir
Riyaziyyat fakültəsində tədris prosesi onlayn formada uğurla davam etdirilir
Koronavirusun yayılması ərəfəsində tədris prosesinin davamlılığını təmin etmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Sumqayıt Dövlət Universitetinin rəhbərliyi tərəfindən verilən tövsiyələrə əməl edərək, Riyaziyyat fakültəsi martın 12-dən etibarən onlayn (məsafədən) təhsilə keçmişdir.
Riyaziyyat fakültəsinin dekanı dosent Zəfər Hüseynov qeyd etdi ki, universitetin rəqəmsal ekosistemi tədris prosesini məsafədən təşkil etməyə imkan verir. Tədrisin təşkili üçün “Microsoft Teams” platformasından və Moodle sistemindən istifadə edilərək bütün fənlər üzrə tədris materialları sistemə yüklənmiş və tələbələrə həmin materialları sərbəst əldə etmək imkanı yaradılmışdır. Tələbələrin böyük əksəriyyəti qeyd olunan sistemlər üzrə qeydiyyatdan keçmişlər. Məsələn, fakültədən bakalavriat və magistratura səviyyələri üzrə 614 nəfər tələbədən 546 nəfəri qeydiyyatdan keçmişdir. Lakin bəzi tələbələr müəyyən səbəblərdən (İnternet imkanlarının məhdudluğundan) onlayn dərslərdə iştirak edə bilmir. Belə tələbələrin sonradan həmin dərs materiallarını izləmək imkanı əldə etməsi üçün dərslərin böyük əksəriyyətinin videoçəkilişi aparılır. Belə ki, fakültənin professor-müəllim heyəti tərəfindən videotexnologiyadan istifadə etməklə onlayn dərslər keçilir. Kafedralar üzrə məsul şəxslərə texniki imkanları və müvafiq metodik dəstəyi nəzərə almaqla, bütün dərslərin məsafədən keçirilməsi üçün cədvəl hazırlanıb təqdim etmək tapşırılmışdır. Hazırda müəllimlər həmin cədvələ əsasən onlayn dərslər həyata keçirirlər.
Dekan onu da əlavə etdi ki, ümumiyyətlə universitetimiz üçün bu təhsil forması ilk dəfədir ki, tətbiq olunur. Bu qaydada təhsil proqramlarının 100 faiz mənimsənilməsi mümkün olmasa da, yaranmış situasiyada ən düzgün yoldur. Dərslərin bu şəkildə təşkil olunması valideyn və tələbələr tərəfindən razılıqla qarşılanır. Tələbələr məmnunluqlarını videogörüntü vasitəsilə ifadə edirlər
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az