Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinin tələbələrinin nəzərinə: Sosial baxımdan həssas əhali qrupuna aid ailələrdən olan tələbələrin təhsil haqqı ödəniləcək
Sumqayıt Dövlət Universitetinin tələbələrinin nəzərinə: Sosial baxımdan həssas əhali qrupuna aid ailələrdən olan tələbələrin təhsil haqqı ödəniləcək
Koronavirus pandemiyası səbəbi ilə Azərbaycan əhalisinin maddi vəziyyətinin dəstəklənməsi üçün hazırlanan sosial paketdə həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələr də nəzərə alınmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabineti sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri üçün təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə 13 aprel tarixli, 138 nömrəli qərar qəbul edib.
Qərara əsasən, Azərbaycan Respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali təhsil istisna olmaqla) və sosial baxımdan aşağıdakı həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək:
1. Ünvanlı dövlət sosial yardımı alanlar;
2. hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar:
- I və II dərəcə əlilliyi olan şəxslər;
- işsiz kimi qeydiyyatda olanlar;
- yaşa görə əmək pensiyaçıları;
- yaşa görə sosial müavinət alanlar.
Təqdim olunmalı sənədlər:
1. Tələbənin şəxsiyyətini təsdiq edən sənəd,
2. Doğum haqqında şəhadətnamə,
3. Doğum haqqında şəhadətnamədə göstərilən valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər,
4. Tək valideyni olduqda əlavə olaraq digər valideynin ölümü haqqında şəhadətnamə,
5. Qanuni nümayəndələrlə münasibətdə məhkəmənin müvafiq qərarını və nümayəndələrin şəxsiyyətini təsdiq edən sənədlər,
6. Valideynlərin və ya qanuni nümayəndələrin sosial statusunu (ÜDSY alan ailə, qeydiyyatdan keçmiş işsiz, I va II dərəcə əlil, yaşa görə əmək pensiyaçı, yaşa görə sosial müavinət alan) təsdiq edən sənəd.
Sənədlərin elektron surətinin təqdim olunması tələb olunur. Tələbələr yuxarıda qeyd olunan sənədləri tmm@sdu.edu.az elektron ünvanına göndərməlidirlər.
Məlumat üçün bildiririk ki, tələbələrin valideynləri tələb olunan müvafiq arayışları Elektron hökumət portalından (www.e-gov.az) əldə edə bilərlər.
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az