Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetində qiyabi təhsil alan tələbələr üçün dərslər onlayn şəkildə davam etdirilir
Sumqayıt Dövlət Universitetində qiyabi təhsil alan tələbələr üçün dərslər onlayn şəkildə davam etdirilir
SDU-da koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq, qiyabi şöbə üzrə təhsil alan tələbələr üçün də məsafədən dərslər uğurla həyata keçirilir. Bu məqsədlə aprelin 1-dən qiyabi formada təhsil alan II və III kurslar üçün dərslər moodle.sdu.edu.az saytı və “Microsoft Teams” proqramlarından istifadə etməklə təşkil olunur.
ERASMUS+ layihəsi çərçivəsində hazırlanmış Moodle sisteminə universitetin Kimya və biologiya fakültəsindən 2 qrup (III kurs), Fizika və elektroenergetika fakültəsindən 1 qrup (III kurs), Mühəndislik fakültəsindən 1 qrup (III kurs), İqtisadiyyat və idarəetmə fakültəsindən 10 qrup (5 qrup II kurs, 5 qrup III kurs), Tarix və coğrafiya fakültəsindən 2 qrup (1 qrup II kurs, 1 qrup III kurs), Filologiya fakültəsindən 6 qrup (3 qrup II kurs, 3 qrup III kurs) qoşulmuşdur. Tələbələr dərslərin mühazirə materiallarını və lazım olan ədəbiyyatları universitetin rəsmi saytı üzərindən qabaqcadan yerləşdirilmiş elektron kitabxanadan əldə edirlər.
Müəyyən səbəblərdən onlayn dərslərdə iştirak edə bilməyən tələbələrin sonradan həmin dərsləri dinləmələri üçün dərslərin videoçəkilişi aparılır.
Mətbuat xidməti


ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az