Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsi ilə Tələbə Gənclər Təşkilatı arasında onlayn görüş keçirildi
Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsi ilə Tələbə Gənclər Təşkilatı arasında onlayn görüş keçirildi
Koronavirus pandemiyasının ölkəmizdə yaratmış olduğu mövcud vəziyyətlə əlaqədar olaraq, xüsusi karantin rejimi elan edilmiş və bu müddətdə təlim-təhsil prosesi onlayn şəkildə davam etdirilməkdədir. Bununla əlaqədar olaraq, Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsi (BƏƏTŞ) də öz işlərini onlayn şəkildə davam etdirərək, müxtəlif görüşlər keçirir və görüləcək işlərin müzakirəsini aparır.
Aprelin 1-də Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsi ilə Sumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı (TGT) arasında əməkdaşlıq görüşü keçirildi. Görüş Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri t.f.d Samirə Məmmədova, şöbənin əməkdaşı Natavan Quliyeva və TGT-nin sədri Tayfun Hacılının iştirakı ilə baş tutdu. Görüşdə gündəlikdə öz əksini tapan məsələlər müzakirə olundu.
Gündəlikdəki məsələlər aşağıdakılardır: hazırlıq kursunda dinləyici kimi təhsil alan əcnəbi tələbələr üçün qrup yaratmaq və onlarla onlayn görüşlər təşkil etmək; ERASMUS+EQAC və PETRA layihələrinin fəaliyyəti barədə müzakirələr; “MÖVLANƏ” mübadilə proqramında iştirak edəcək müəllimlər; xaricdə təcrübə keçən tələbələr barədə müzakirələr; TGT – BƏƏTŞ əməkdaşlığı; görülən işlərin təşviqi - sayt və sosial şəbəkələrdə yayımlanması.
ERASMUS+EQAC və PETRA layihələri barədə müzakirələr, bu layihələrin onlayn görüş və təlimlərini keçirmək, təlimlərdə TGT əməkdaşlarının fəallığını artırmaq, EQAC layihəsi üzrə Litvaya gedəcək namizədlərin dil bilgisi səviyyələrinin artırılması ilə bağlı tələbələrin gördüyü işlərin hesabatı, onlar üçün yaradılmış qrup üzrə hazırlıqlarının yoxlanılması, bu hazırlıqların gedişatı barədə müzakirələr edildi. “MÖVLANƏ” mübadilə proqramı vasitəsilə Türkiyə Universitetlərində təcrübəyə gedəcək müəllimlərin məlum səbəblərdən səfərlərinin təxirə salınması, Rusiyanın Kazan Dövlət Energetika Universitetində təcrübədə olan iki tələbəmizlə əlaqə saxlanılması barədə danışıqlar aparıldı.
TGT–BƏƏTŞ ilə əməkdaşlıq çərçivəsində əcnəbi tələbələrin də universitetimizin mədəni tədbirlərində aktiv iştirakını təmin etmək, bunun üçün onlarla onlayn danışıqların aparılması, əcnəbi tələbələrin də TGT üzvlüyünə qatılması barədə də geniş müzakirə aparıldı. Xəzər Universiteti ilə İngiltərənin Middlesex Universiteti arasında keçirilən silsilə sahibkarlıq təlimlərində tələbələrimizin də aktiv iştirakını təmin etmək və bunun üçün TGT üzvlərini cəlb etmək, həmçinin tətil müddətinin tələbələrimiz üçün daha səmərəli təşkili məqsədilə onlar arasında “Uğurlu layihələrin yazılması” mövzusunda təlimlərin keçirilməsi təklif olundu. Görüşdə digər məsələlər də müzakirə edildi.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az