Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun professor-müəllim heyəti “Clarivate Analytics”in genişlənmiş vebinarında iştirak etdi
SDU-nun professor-müəllim heyəti “Clarivate Analytics”in genişlənmiş vebinarında iştirak etdi
“Azərbaycan 2020: Gələcəyə baxış” konsepsiyasında ölkəmizdə informasiyanın hər bir kəs üçün əlçatan olması əsas hədəflərdən biri kimi qoyulub. Bura elmi məlumatlar da daxildir. Ölkənin beynəlxalq səviyyədə elmi reytinqinin formalaşması beynəlxalq bazalarda çap olunmuş elmi əsərlərin və onlara edilən istinadların sayından, o cümlədən alimlərin bu elmmetrik bazalardan istifadə imkanları ilə təmin olunmasından asılıdır. Beynəlxalq elmi bazalarla əməkdaşlığın genişləndirilməsi elmi məhsuldarlığın dinamikasına müsbət təsir göstərən əsas faktorlardandır. Bu baxımdan “Clarivate Analytics”in təqdim etdiyi xidmətlər ölkəmizdə aparılan elmi araşdırmaların dünya standartları səviyyəsinə çatdırılması, həmçinin dünyada gedən elmi-tədqiqat işləri haqqında alimlərimizin məlumatlı olması üçün çox önəmlidir. Bu məlumat bazası ilə alimlər öz ixtisaslarına uyğun elmi jurnalların müqayisəli qiymətləndirilməsini apara bilir və öz elmi əsərlərinin nəşri üçün daha effektiv şəkildə jurnallar seçmək imkanı əldə edə bilirlər.
Pandemiya zamanı çoxumuzun evdən (məsafədən) işləmək məcburiyyətində olmasına və fiziki ünsiyyətin məhdudlaşdırılmasına baxmayaraq, bu vəziyyət alimlərimizin elmi məlumat mübadiləsinin dayandırılmasına və peşəkar inkişaf imkanlarının azalmasına səbəb olmamışdır.
Aprelin 24-də Sumqayıt Dövlət Universitetinin professor-müəllim heyəti, o cümlədən prorektorlar, fakültə dekanları, kafedra və şöbə müdirləri, elmi rəhbərlər və doktorantlara dəstək olmaq üçün Web of Science Group dinləyicilərə “Elmi nəşrlərin etikası və keyfiyyətinin yaxşılaşdırılması üçün vasitələr: İnternet elmi və plagiat” mövzusunda genişlənmiş vebinar təqdim etdi. “Clarivate Analytics” şirkətinin Təhsil Proqramlarının rəhbəri Valentin Boqorov və “Antiplagiat” şirkətinin icraçı direktoru Yuri Çexoviç tərəfindən oxunan “Elmi jurnallar: yaxşı, pis və yırtıcı” və “Antiplagiat: bir problemi köməkçiyə necə çevirmək olar” adlı maraqlı mühazirələr dinlənildi.
Qeyd etmək lazımdır ki, “Clarivate Analytics”in məlumat bazalarına çıxış və “Antiplagiat” sisteminın istifadəsi SDU-da elmin daha da inkişaf etməsinə güclü təkan verir, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə şərait yaradır və əməkdaşların nüfuzlu jurnallarda nəşrlərinin sayının artırılmasına imkan verir.
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az