Əsas səhifə | Xəbərlər | Filologiya fakültəsinin tələbələri “Evdə qal, təhsildən qalma!” aksiyasında fəal iştirak edirlər
Filologiya fakültəsinin tələbələri “Evdə qal, təhsildən qalma!” aksiyasında fəal iştirak edirlər
Ölkəmizdə koronavirusla bağlı zəruri tədbirlərin görülməsi ilə əlaqədar dərslərin müvəqqəti dayandırıldığı nəzərə alınaraq, Təhsil Nazirliyinin göstəriş və məsləhətlərinə uyğun olaraq, Sumqayıt Dövlət Universitetində bütün fakültələrdə, o cümlədən Filologiya fakültəsində tədris prosesi onlayn və oflayn formada təşkil olunub.
Onlayn keçirilən dərslərdə Pedaqogika və psixologiya kafedrasının müəllimləri də fəal iştirak edir. Əyani, qiyabi və magistratura pilləsində təhsil alan tələbələrin böyük əksəriyyəti onlayn dərs prosesinə cəlb olunurlar. Dərslərin mənimsənilməsi üçün mühazirə materialları moodle.sdu.edu.az, “Microsoft Teams” proqramlarında yerləşdirilmiş, eyni zamanda “Zoom meeting online” və “Trueconf online” sistemləri və WhatsApp qrupları vasitəsilə ilə tədris prosesi uğurla davam etdirilir. Tələbələr “Microsoft Teams” onlayn platforması üzərindən canlı rejimdə təşkil edilən onlayn dərslərdə də iştirak edirlər. Xüsusi karantin müddəti bitənə qədər dərslərin bu şəkildə təşkil olunması tələbələr tərəfindən müsbət qarşılanır.Onlar böyük həvəslə dərslərdə iştirak edir və məmnunluqlarını ifadə edirlər. Eyni zamanda tələbələr dərsləri ilə yanaşı, asudə vaxtlarını da səmərəli keçirirlər. Psixologiya ixtisası üzrə təhsil alan tələbələr digər fakültələrdə oxuyan tələbələrə psixoloji dəstək göstərmək məqsədilə “Evdə qal, təhsildən qalma!” çağırışına qoşularaq, ölkəmizin müxtəlif bölgələrində yaşayan tələbələr üçün “Ünsiyyət məsafədən asılı deyil” devizi altında videoçarx hazırlamışdılar.
 
Mətbuat xidməti


ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az