Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | PETRA layihəsinin növbəti onlayn görüşü keçirildi
PETRA layihəsinin növbəti onlayn görüşü keçirildi
Beynəlxalq əlaqələrin inkişafı elmin təhsilə inteqrasiyasına təsir edən amillərdəndir. Sumqayıt Dövlət Universitetinin beynəlxalq əlaqələri xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlığı, beynəlxalq layihələrdə iştirakı, əcnəbi tələbələrin cəlb olunması, müvafiq beynəlxalq təşkilatlarla işbirliyini və digər istiqamətləri əhatə edir.
Sumqayıt Dövlət Universiteti tədrisin Avropa standartlarına uyğun qurulması və təkmilləşdirilməsi məqsədilə 2017-ci ildə təqdim edilmiş layihə əsasında Avropa İttifaqının ERASMUS+ proqramının PETRA layihəsinə qoşulmuşdur. Avropa Komissiyası tərəfindən maliyyələşdirilən ERASMUS+ PETRA (Promoting Excellence in Teasching and Learning in Azerbaijani Universities – Azərbaycan universitetlərində tədris və təlimin təkmilləşdirilməsi) layihəsi 3 ildir davam edir. Artıq layihə yekunlaşmış, lakin sənədləşmə işləri həll olunmadığından məlum səbəblərdən avqust ayına qədər uzadılmışdır.
Aprelin 25-də PETRA layihəsinin Zoom proqramı vasitəsilə onlayn görüşü oldu. Onlayn görüşün mövzusu layihənin davamlılığının təmin edilməsi və Xəzər Universiteti tərəfindən keçiriləcək “Onlayn tədris və təlim problemləri” adlı virtual konfransla bağlı müzakirələr idi.
Görüşdə yanlız PETRA layihəsinin Azərbaycan üzrə tərəfdaşları: Xəzər Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Sumqayıt Dövlət Universitetinin, Azərbaycan Universitetinin, Naxçıvan Dövlət Universitetinin, Bakı Slavyan Universitetinin və Azərbaycan Dillər Universitetinin nümayəndələri iştirak edirdi. Onlayn keçirilən görüşdə SDU-dan Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri t.f.d. Samirə Məmmədova iştirak etdi.
Qeyd edək ki, növbəti onlayn konfrans 2020-ci il 6 may tarixində saat 15:00-da keçiriləcəkdir. Beynəlxalq konfransa dünyanın bir çox ölkələrindən: İngiltərə, İspaniya, Macarıstan Özbəkistan, Qazaxıstan, Azərbaycan və s. ölkələrdən nümayəndələr qoşulacaq. Məruzə edənlərə hazırkı şəraitdə problemləri necə aradan qaldırdıqları ilə bağlı təcrübələrini bölüşmək üçün 10 dəqiqə vaxt veriləcəkdir. İştirak etmək istəyənlər aprelin 30-a kimi risayeva@khazar.org e-mail ünvanına yazıb qeydiyyatdan keçə bilərlər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az