Əsas səhifə | Xəbərlər | Ritorika Universal Klubu Şuşanın işğal olunmasının 23-cü ildönümünə həsr olunmuş tədbir keçirdi
Ritorika Universal Klubu Şuşanın işğal olunmasının 23-cü ildönümünə həsr olunmuş tədbir keçirdi

Mayın 8-də Ritorika Universal Klubu Sumqayıt şəhər 10 nömrəli orta məktəbin şagirdlərinin iştirakı ilə Şuşanın işğal olunmasının 23-cü ildönümü münasibətilə tədbir keçirdi.
Tədbiri giriş sözü ilə universitetin Humanitar məsələlər üzrə prorektoru Nizami Namazov açaraq Şuşanın işğal tarixi, ermənilərin törətdikləri vəhşiliklər haqqında məlumat verdi. Bildirdi ki, erməni qəsbkarları zaman-zaman insanlığa sığmayan soyqırımı, etnik təmizləmə, terror siyasəti həyata keçirmişlər. 1992-ci il may ayının 8-də Azərbaycanın musiqi, mədəniyyət ocağı sayılan Şuşa şəhərinin yerlə-yeksan edilməsi, tarixi abidələrimizin məhv edilməsi ermənilərin Azərbaycan xalqına qarşı mənfur siyasətinin nəticəsidir.
Bu gün şuşalıların respublikanın 59 rayonunda, 700 yaşayış məntəqəsində məskunlaşdığını xatırladan prorektor vurğuladı ki, biz Şuşa şəhərinin azad olunacağına və şuşalıların öz doğma yurdlarına qayıdacaqlarına inanırıq. Biz Qarabağ münaqişəsinin həllinə dair danışıqlarda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyini dəstəkləyir və onun əmri ilə silaha sarılıb işğalçıya qarşı döyüşə girməyə hazırıq.
Universitetin Tələbə Gənclər Təşkilatının sədri Elvin Gülməmmədov, Ritorika Universal Klubunun rəhbəri Arzu Nəbizadə çıxış edərək söylədilər ki, artıq Qarabağ problemi bir xalqın problemi çərçivəsindən çıxaraq dünyanın qəlbində demokratiya hissi olan insanların probleminə çevrilmişdir. Onu da qeyd etdilər ki, SDU-nun  professor-müəllim heyətinin qələmə aldığı Qarabağ həqiqətlərini əks etdirən  kitabları, tədqiqat əsərlərini oxuyuruq və  universitetin saytında Qanlı yaddaş bölməsini izləyirik.
Sonda vurğulandı ki, bu cür tədbirlərin keçirilməsi biz tələbələrin və şagirdlərin tarixi yaddaşını yeniləyir, dədə-baba yurdlarımızın azadlığı uğrunda bizi mübarizə səsləyir.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az