Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Fakültələrdə COVİD-19 pandemiyasına həsr olunmuş onlayn maarifləndirici seminar keçirildi
Fakültələrdə COVİD-19 pandemiyasına həsr olunmuş onlayn maarifləndirici seminar keçirildi
Sumqayıt Dövlət Universitetinin bütün fakültələrində Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində onlayn maarifləndirici tədbir keçirildi.
Seminarda çıxış edən dekan və müəllimlər ölkəmizdə bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlər və profilaktika məqsədi ilə Səhiyyə Nazirliyi tərəfindən görülən işlərdən danışdı, koronavirus, o cümlədən digər qrip infeksiyaları barədə əhalinin tibbi maarifləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin daha da genişləndirilməsi məsələlərini müzakirə etdilər. Bildirdilər ki, bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident cənab İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər vətəndaşlar tərəfindən böyük rəğbətlə qarşılanır. Onu da qeyd etdilər ki, Cənab Prezidentin tapşırığı ilə ölkəmizin bütün resursları səfərbər edilərək, koronavirus epidemiyası ilə ardıcıl, sistemli, çoxşaxəli mübarizə aparılır. Sərhədlərin bağlanması, karantin rejiminə keçilməsinin təmin edilməsi, müayinə, test və laboratoriya ləvazimatlarının, eləcə də müalicə vasitələrinin alınıb gətirilməsi, Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil olunması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, koronavirus infeksiyasının mənfi təsirlərinin azaldılması məqsədilə dövlət büdcəsindən başlanğıc olaraq 1 milyard manat vəsaitin ayrılması, iki həftəlik sərt karantin rejiminə keçilməsi və s. kimi tədbirlər Azərbaycan dövlətinin bu ümumbəşəri bəla ilə mübarizədə nə qədər güclü və əzmkar olmasının, dövlət başçısının siyasi müdrikliyinin və qətiyyətinin göstəricisidir.
Fakültələr üzrə TGT-nin sədrləri və tələbələr də çıxış edərək bildirdilər ki, qlobal pandemiya elan olunan koronovirusun Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə dövlətimiz operativ və vaxtında qabaqlayıcı tədbirlər görüb və bu işlər davam etməkdədir. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərinə ölkəmizdə ciddi əməl olunur və bu təşkilat Azərbaycan dövlətinin bu sahədə atdığı addımları yüksək qiymətləndirir.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az