Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun tələbələri “Tələbə baharı” XIII ümumrespublika tələbə yaradıcılıq festivalının qalibləri oldular
SDU-nun tələbələri “Tələbə baharı” XIII ümumrespublika tələbə yaradıcılıq festivalının qalibləri oldular
Respublikada koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə orta və ali məktəblərdə tədris prosesinin müvəqqəti dayandırıldığı nəzərə alınaraq, Təhsil Nazirliyinin göstəriş və məsləhətlərinə uyğun olaraq, bütün ali məktəblərdə tədris, elmi təcrübələrin bölüşülməsi və xarici layihələr, görüşlər, konfranslar onlayn (məsafədən) formada təşkil edilir.
Aprelin 28-də “Tələbə baharı” XIII ümumrespublika tələbə yaradıcılıq festivalının onlayn yekun mərhələsi keçirildi. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinın təşəbbüsü ilə keçirilən “Tələbə baharı” XIII ümumrespublika tələbə-yaradıcılıq festivalının nəticələri məlum oldu. 2020-ci il aprelin 1-dən 10-dək keçirilən onlayn seçim mərhələsində qaliblər musiqi (janrlar üzrə), xalq mahnıları, klassik musiqi (vokal), estrada musiqisi, pop musiqisi, muğam, rok, rəqs (janrlar üzrə), milli rəqslər (solo), müasir rəqslər (solo), dünya xalqlarının rəqsləri üzrə müəyyən edildi.
Bir çox ali təhsil müəssisələrin qatıldığı tədbirdə estrada musiqisi janrı üzrə Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin III kurs tələbəsi Qəşəm Cəfərov I yerə, Xalq mahnıları janrı üzrə Filologiya fakültəsinin II kurs tələbəsi Aytac Heydərova II yerə layiq görüldülər.
Qeyd edək ki “Tələbə baharı” ümumrespublika tələbə yaradıcılıq festivalı Gənclər və İdman Nazirliyi tərəfindən 2007-ci ildən etibarən ali təhsil müəssisələrinin tələbələri arasında hər il keçirilir. Festivalın keçirilməsində məqsəd tələbə yaradıcılıq kollektivlərini inkişaf etdirmək, ali təhsil müəssisələrində fəaliyyət göstərən dərnəklər arasında gənclərin mübadiləsini təşkil etmək, tələbələrin estetik tərbiyə sistemini təkmilləşdirmək, yaradıcı və istedadlı gəncləri üzə çıxarmaq, onlara dövlət qayğısını artırmaq, asudə vaxtlarının səmərəli təşkil edilməsi sahəsində səyləri gücləndirmək, yeni ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaratmaqdır.
Festivalın qala-konserti bu il may ayının 29-da təşkil ediləcək.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az