Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun əməkdaş və tələbələri “Creativ Spark” layihəsi çərçivəsində onlayn seminarda iştirak etdilər
SDU-nun əməkdaş və tələbələri “Creativ Spark” layihəsi çərçivəsində onlayn seminarda iştirak etdilər
Mayın 4-də Xəzər Universiteti və İngiltərənin Middlesex Universiteti tərəfindən “Creative Spark” layihəsi çərçivəsində British Council Creative Spark Tərəfdaşlığı Fondunun dəstəyi ilə seminar təşkil edildi. Spiker Middlesex Universitetinin dosenti Georgios Dafoulas “Sahibkarlığa baxış” mövzusunda çıxış edərək, əsas sahibkarlıq anlayışları, sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi və mexanizmləri haqqında məlumat verdi.
Seminarda Sumqayıt Dövlət Universitetindən Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin əməkdaşları: Natavan Quliyeva və Nigar Məmmədova, Tələbə Gənclər Təşkilatının sədri Tayfun Hacılı, 5 nəfər tələbə: Fizika və elektroenergetika fakültəsindən Əli Ağacanlı, Tarix və coğrafiya fakültəsindən Şəhanə Hətəmova və Aydın Sadıqov, Filologiya fakültəsindən Türkiyə Cümhuriyyəti vətəndaşı Hamza Şahin, İqtisadiyyat və idarəetmə fakültəsindən Pakizə Məsimli iştirak etdilər.
Görüş “Adobe Connect” proqramı vasitəsilə həyata keçirildi. Qeyd edək ki, seminar silsilə xarakter daşıyır və növbəti həftə də davam edəcəkdir.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az