Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun ENACTUS komandası fəaliyyətini onlayn davam etdirir
SDU-nun ENACTUS komandası fəaliyyətini onlayn davam etdirir
Koronavirusla bağlı zəruri tədbirlərin görülməsi ilə əlaqədar dərslərin müvəqqəti dayandırıldığı nəzərə alınaraq, Təhsil Nazirliyinin göstəriş və məsləhətlərinə uyğun olaraq, Sumqayıt Dövlət Universitetində tədris prosesi onlayn və oflayn (məsafədən) formada təşkil olunmuşdur. Universitetimizdə bu sahə üzrə hələ mart ayının ortalarından ilk addımlar atılmağa başlamışdır. Dərslər dayandırıldıqdan sonra qısa müddət ərzində “WhatsApp”, “Microsoft Teams”, “Moodle”, “Zoom” platformaları vasitəsilə təhsilin hər iki səviyyəsi üzrə xüsusi cədvəllər əsasında onlayn dərslərə start verilmiş və bu iş indi də davam etdirilir. Bundan əlavə, “Moodle”, “Microsoft Teams” proqramlarında tələbələr üçün bütün tədris-metodik materiallar, o cümlədən elektron mühazirə mətnləri, kollokvium və imtahan sualları yerləşdirilmişdir. Xüsusi karantin müddəti bitənə qədər dərslərin bu şəkildə təşkil olunması tələbələr tərəfindən müsbət qarşılanır. Onlar böyük həvəslə dərslərdə iştirak edir. Tədrislə yanaşı, universitetdə tələbələrin asudə vaxtlarının təşkili istiqamətində də onlayn formatlı işlər görülür, müxtəlif görüşlər, intellektual yarış və müsabiqələr keçirilir.
Qeyd edək ki, ölkəmizdə aparılan təhsil islahatları çərçivəsində Sumqayıt Dövlət Universitetində təhsilin səviyyəsinin yüksəldilməsi və maddi bazanın yenilənməsi, tələbələrin elmi fəaliyyətə təşviq edilməsi üçün lazımi tədbirlər həyata keçirilir. SDU-da tələbələrin elmi-tədqiqat işlərinin təşkili və əlaqələndirilməsi vəzifələrini Tələbə Elmi Cəmiyyəti uğurla yerinə yetirir. Tələbə Elmi Cəmiyyəti sabahın gənc tədqiqatçılarının həqiqi axtarış və yaradıcılıq məktəbidir. Eyni zamanda bu cəmiyyət istedadlı və bacarıqlı tələbələrin üzə çıxarılmasında mühüm rol oynayır. Sevindirici faktdır ki, tələbələrimiz elmi-tədqiqat və yaradıcılıq işləri ilə universitet, respublika və beynəlxalq səviyyədə təşkil olunan elmi konfrans, seminar, fənn olimpiadaları, müsabiqələrdə fəal iştirak edərək, sertifikata layiq görülürlər.
Universitetin Tələbə Elmi Cəmiyyəti (TEC) bir çox onlayn təlimlər təşkil edib.Təlimlərə SDU-nun tələbələri ilə yanaşı, digər ali təhsil müəssisələrinin arzu edən tələbələri də böyük maraq göstəriblər. Tələbə Elmi Cəmiyyəti hər həftə müxtəlif sahələrin mütəxəssislərinin iştirakı ilə tədqiqat metodları, xarici dil öyrənmə, karyera barədə onlayn təlimlər keçirir. Eyni zamanda TEC-nin ENACTUS komandası mütəmadi olaraq onlayn görüşlər təşkil edir, yeni ideyalarla bağlı araşdırmalar aparır. Bu müddətdə komandamız ENACTUS Azərbaycanın təşkil etdiyi kapitanlarla onlayn iclaslarda iştirak edərək, layihələrə yeni tərəfdaşlar cəlb etmək üçün partnyorlarla danışıqlar aparıb. Komandamız ENACTUS Qış məktəbi–2020-də iştirak edib. Məlumat üçün bildirək ki, Qış məktəbində universitetimizi 4 komanda üzvü və 2 fakültə məsləhətçisi təmsil ediblər. Bütün bunlarla yanaşı, komandanın fəaliyyəti barədə sosial şəbəkələrdə (İnstagram, Facebook, Twitter, Youtube) məlumat yayımlanır, onlayn formatda diskussiya aparılır. Təhsil Nazirliyinin təşəbbüsü ilə “Evdə qal, təhsildən qalma” layihəsi çərçivəsində komanda üzvləri yaradılan şəraitə görə öz minnətdarlıqlarını videoçarx vasitəsilə bildirirlər.
 
Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az