Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | "Sosial şəbəkələr cəmiyyətin inkişafına müsbət təsir göstərir" mövzusunda onlayn debat baş tutdu
"Sosial şəbəkələr cəmiyyətin inkişafına müsbət təsir göstərir" mövzusunda onlayn debat baş tutdu
Aprelin 29-da Sumqayıt Dövlət Universitetinin Debat Klubunun təşkilatçılığı "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin dəstəyi ilə Milli Debat Proqramı çərçivəsində SDU-nun tələbələrinin iştirakı ilə "Sosial şəbəkələr cəmiyyətin inkişafına müsbət təsir göstərir" mövzusunda Zoom platformasında onlayn debat baş tutdu.
Universitetimizi "BGDF YAZ-2019" da təmsil edərək yarımfinal mərhələsinə qədər yüksələn, dəfələrlə daxili turnirlərin çempionu olan "İstiqlal" komandasının spikeri - "RGDF PAYIZ-2018" in 9-cu ən yaxşı natiqi, "YAZ-2019" daxili turnirinin 1-ci, "PAYIZ-2019" daxili turnirinin 3-cü ən yaxşı natiqi Anar Qurbanov təsdiq mövqedə, həmin komandanın spikeri, "YAZ-2019" daxili turnirinin 5-ci, "PAYIZ-2019" daxili turnirinin 2-ci ən yaxşı natiqi Elsevər Ədilov isə inkar mövqedə çıxış edərək mövzu üzərində öz müzakirələrini apardılar. Hər iki debatçı uğurlu çıxış etdi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az