Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Əməkdaşlarımız British Council təşkilatı tərəfindən universitetlər arasında təşkil olunan onlayn vebinarda iştirak etdilər
Əməkdaşlarımız British Council təşkilatı tərəfindən universitetlər arasında təşkil olunan onlayn vebinarda iştirak etdilər
İngiltərənin Azərbaycanda fəaliyyət göstərən British Council təşkilatı Koronavirus (COVID-19) pandemiyası dövründə Avropanın 15 ölkəsindəki universitetlərin qarşılaşdığı ümumi problemlərə cavab olaraq, universitetlər arasında müzakirələr üçün bir neçə onlayn vebinarlar təşkil edir.
Mayın 7-də keçirilən ilk vebinara Sumqayıt Dövlət Universitetinin əməkdaşları: İqtisadiyyat və idarəetmə fakültəsinin Biznesin idarə edilməsi və menecment kafedrasının müdiri dosent Qalib Hüseynov, Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri t.f.d. Samirə Məmmədova, Tarix və coğrafiya fakültəsinin baş müəllimi Sarvan Bədəlov, Filolgiya fakültəsinin Xarici dillər kafedrasının müəllimləri: Jalə Məmmədova və Samirə Rzayeva, Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin əməkdaşları: Nigar Məmmədova və Natavan Quliyeva, İnformasiya texnologiyaları mərkəzinin əməkdaşları: Anar Dünyamalıyev və Ülvi Ağayev qoşuldular.
Vebinarın təşkilində məqsəd ən çox distant təhsil modelləri, onlayn tədrisin keyfiyyəti, tələbələrin hərəkətliliyini təmin etmək, məsafədən tədqiqat əməkdaşlığından ibarətdir. İki ay davam edəcək bu vebinarlar həftədə bir dəfə olmaqla, 90 dəqiqə keçirilir. Zoom proqramı vasitəsilə ödənişsiz təşkil edilən hər vebinarda 30-50 universitet əməkdaşı iştirak edə bilər. Qeyd edək ki, moderator və 3 nümayəndədən ibarət panel qısa təqdimatlardan ibarət olur. İştirak edən universitetlərin nümayəndələri mövcud vəziyyətlə əlaqədar olaraq yaranan problemləri aradan qaldırmaq üçün müzakirələr aparırlar. Vebinarın mövzusu “Universitetlərin inkişaf etməkdə olan texnologiyalardan bütün fəaliyyətlərində istifadə fəallığının təmin edilməsi” idi. Əməkdaşlarımız vebinar zamanı yaranan sualları ismarıc bölməsinə göndərdilər. Spikerlər vebinarın sonunda həmin sualları cavablandırdılar.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az