Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Fizika və elektroenergetika fakültəsində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş onlayn tədbir keçirildi
Fizika və elektroenergetika fakültəsində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş onlayn tədbir keçirildi
Azərbaycan dövlətinin və xalqının taleyində, ölkənin hərtərəfli tərəqqisində, uğurlar qazanmasında müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-cı ildönümü respublikamızın hər yerində olduğu kimi, Sumqayıt Dövlət Universitetində də onlayn formatda silsilə tədbirlərlə qeyd olunur.
Mayın 8-də Sumqayıt Dövlət Universitetinin Fizika və elektroenergetika fakültəsində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş onlayn tədbir keçirildi.
Fakültə dekanı dosent Tamella Əhmədova çıxış edərək, Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyev haqqında geniş məlumat verdi. Qeyd etdi ki, bütün mənalı ömrünü hədsiz dərəcədə sevdiyi Vətəninin tərəqqisinə həsr etməklə, Heydər Əliyev hələ sovet hakimiyyəti dövründən başlayaraq uzaqgörənliklə dövlət müstəqilliyimiz üçün zəmin hazırlamış, Azərbaycanın böyük iqtisadi, elmi və mədəni potensialını yaratmışdır. Müstəqillik yolunda ilk kövrək addımlarını atarkən xarici və daxili təzyiqlərə məruz qalan milli dövlətçiliyimiz məhz Heydər Əliyev müdrikliyinin, fədakarlığının, qətiyyətinin və yenilməz iradəsinin sayəsində xilas olmuş, yeni inkişaf dövrünə qədəm qoymuş, müstəqilliyimiz dönməz xarakter almışdır. Dekan onu da qeyd etdi ki, müasir Azərbaycanda vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış, elm, təhsil və mədəniyyətin inkişafı məhz Ulu öndərin adı ilə bağlıdır. Təməli Ulu öndər tərəfindən qoyulan dövlət siyasəti bu gün onun layiqli davamçısı İlham Əliyevin dərin və müdrik zəkası, güclü liderlik qabiliyyəti sayəsində uğurla davam etdirilir. Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkəmiz böyük inkişaf yolundadır.
Fizika və elektroenergetika fakültəsinin III kurs tələbəsi Məqsəd Möhsümzadə, I kurs tələbəsi Nərgiz Şahvələdova və digər natiqlər çıxış edərək, Ulu öndərin şərəfli ömür yolundan, Vətənimiz qarşısında tarixi xidmətlərindən danışdılar. Bildirdilər ki, Azərbaycanın son 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi Ulu öndər Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə əlaqədardır. Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. Xalqının belə dar bir gündə onun təkidli dəvətini qəbul edən Heydər Əliyev Azərbaycanda yenidən böyük siyasətə qayıtdı. Xalqımız Ulu öndərin bu qayıdışını ümid və sevinclə qarşılayaraq, həmin günü Milli Qurtuluş Günü kimi müstəqil Azərbaycanın tarixinə yazmışdır.
Tədbirin sonunda I kurs tələbələri: Səmra Babayeva, Nisə Məmmədova ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Sönməz, əbədidir” şeirini səsləndirdilər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az