Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Ekologiya gününə həsr olunmuş onlayn elmi-praktik seminar keçirildi
SDU-da Ekologiya gününə həsr olunmuş onlayn elmi-praktik seminar keçirildi
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncama əsasən ölkəmizdə hər il 23 may günü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur. Mayın 23-də Sumqayıt Dövlət Universitetində Kimya və biologiya fakültəsinin Ekologiya kafedrasının təşkilatçılığı ilə Ekologiya gününə həsr olunmuş onlayn elmi-praktik seminar keçirildi.
Seminarı Kimya və biologiya fakültəsinin dekanı dosent Mahal Muradov açaraq dünyamızı hal-hazırda təhlükə altında saxlayan COVID-19 virusunun ətraf mühitə olan təsirindən və "Ekologiya günü" nün əhəmiyyətindən danışdı.
Ekologiya kafedrasının müdiri dosent Rəhilə Əhmədova çıxış edərək ekoloqları peşə bayramları münasibətilə təbrik etdi, ölkəmizdə ekoloji problemlərin həlli istiqamətində görülən işlərdən, dövlətimizin bu sahəyə göstərdiyi qayğıdan, qəbul olunan dövlət proqramlarından, ekologiyanın əhəmiyyətli rolundan danışdı. Ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycanda bütün sahələrdə olduğu kimi, ekologiya sahəsində də görülən işlərin, o cümlədən ətraf mühitin mühafizəsi istiqamətində əsasını qoyduğu tədbirlərin, layihələrin bu gün də Prezident cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini bildirərək, yürüdülən ardıcıl ekoloji siyasət, həyata keçirilən tədbirlər barədə iştirakçılara məlumat verdi. Dosent Rəhilə Əhmədova Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın rəhbərliyi ilə ətraf mühitin, o cümlədən nadir növ heyvanların müdafiəsi sahəsində bir çox işlərin görüldüyünü, Azərbaycanda ekoloji proqramlara və layihələrə böyük diqqət yetirildiyini diqqətə çatdırdı. Onu da qeyd etdi ki, Sumqayıt Dövlət Universitetində mütəmadi olaraq mütəxəssislər tərəfindən ətraf mühitin mühafizəsini geniş təbliğ etmək məqsədilə maarifləndirici tədbirlər keçirilir.
Seminarda AzMİU-nun Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri, AMEA-nın Radiasiya Problemləri İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru İslam Mustafayev “İqlim dəyişkənliyi” mövzusunda məruzə ilə çıxış edərək iqlim dəyişikliyi və bu istiqamətdə görülən tədbirlər haqqında ətraflı məlumat verdi.
Neft kimyası və kimya mühəndisi kafedrasınım müdiri, kimya elmləri doktoru, professor Əkbər Ağayev, Sumqayıt şəhər 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin aparıcı məsləhətçisi Vüsal İbrahimli və Sağlam mühit Sağlam gələcək QHT icraçı direktoru Vüsal Hətəmov, Ekologiya kafedrasının Ekologiya mühəndisliyi ixtisasının tələbələri Ləman Nərimanova, Günel Qardaşova və Günel Şükürlü çıxış edərək bildirdilər ki, ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqın rifahının yaxşılaşdırılması naminə istifadəsi məsələsi hazırda aparılan sosial-iqtisadi islahatlarda mühüm yer tutmaqla yanaşı, son zamanlar bilavasitə ekoloji problemlərin həlli sahəsində həyata keçirilən tədbirlər bu sahənin ölkəmizdə prioritet məsələlər sırasına qaldırılmasının parlaq nümunəsidir. Ölkəmizdə ekoloji tarazlığın qorunması istiqamətində uğurların əldə olunmasına görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Seminarın sonunda mövzu ilə bağlı maraqlı fikir mübadiləsi aparıldı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az