Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun rektoru Müqəddəs Ramazan bayramı münasibəti ilə kollektivi təbrik etdi
SDU-nun rektoru Müqəddəs Ramazan bayramı münasibəti ilə kollektivi təbrik etdi
Rektor professor Elxan Hüseynov hər il olduğu kimi, bu il də universitetin kollektivini müqəddəs Ramazan bayramı münasibətilə təbrik etdi və bildirdi ki, müqəddəs kitabımız Qurani-Kərimin nazil edildiyi Ramazan ayı mənəviyyatı möhkəmləndirmək, müsəlmanlar arasında dini-mənəvi birlik duyğusunu gücləndirmək, ilahi hikmətlərdən daha da faydalanmaq işinə xidmət edən ən mübarək aylarından biridir. Təəssüflə qeyd edirəm ki, bui il bayram dünyanın pandemiya təhlükəsi ilə üz-üzə qaldığı bir vaxta təsadüf edir. Bu mübarizədən az itkilərlə çıxmaq üçün dövlətimiz mühüm qərarlar verir. Əminəm ki, xalqımızın birliyi nəticəsində biz bu sınaqdan da üzüağ çıxa biləcəyik və yenidən tələbələrimizi doğma universitetimizdə qarşılayacağıq.
Bir daha tutulan orucların, edilən duaların Tanrı dərgahında qəbul olunmasını diləyir, hər kəsə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzu edirəm. Ramazan bayramınız mübarək!
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az