Əsas səhifə | Xəbərlər | Tələbələrimiz beynəlxalq elmi konfransda uğurla çıxış etdilər
Tələbələrimiz beynəlxalq elmi konfransda uğurla çıxış etdilər
Dünyanın inkişaf etmiş dövlətlərinin təcrübəsi göstərir ki, davamlı iqtisadi inkişaf, əhalinin rifah səviyyəsi və həyat keyfiyyətinin yaxşılaşdırılması elm və təhsil sahəsində insan amilindən istifadə edilməsində dönüş yaradılmadan, yüksək texnologiyalar tətbiq edilmədən, innovasiya fəaliyyəti aktivləşmədən mümkün deyildir. Çünki müasir dövrdə cəmiyyətin köklü surətdə yenidən qurulmasının əsasında elm və biliyin sürətli inkişafı və bunun əsasında əmək məhsuldarlığında inqilabi sıçrayışlar dayanır. Dünyanın, eləcə də Avropa ölkələrinin universitetlərinin əksəriyyəti nəzəri biliklərdən çox təcrübi biliklərə diqqət yetirirlər. Bütün bunlar qabaqcıl ölkələrin ali təhsil sisteminin sürətlə dəyişən beynəlxalq iqtisadi bazarın tələblərinə cavab verməsini stimullaşdırır. Bu səbəbdən nüfuzlu ali məktəblər öz tələbələrini tanınmış şirkətlərdə istehsalat təcrübəsi keçməyə göndərir, həmin şirkətlərlə tədqiqat layihələrində əməkdaşlıq etməklə sıx əlaqə yaratmağa çalışır. Bütün bunlar isə tələbələrə iş təcrübəsi qazanmaq üçün əlverişli imkanlar yaradır. Sumqayıt Dövlət Universiteti də öz növbəsində tələbələri dünya elmi praktikasından faydalanmaq məqsədi ilə xarici ölkələrin universitetlərinə və sənaye müəssisələrinə istehsalat təcrübəsinə göndərir. Tələbələrimiz nəzəri biliklərini bu müəssisələrdə təcrübədən keçirərək dünyada baş verən elmi yeniliklərlə yaxından tanış olurlar.
Qeyd edək ki, Sumqayıt Dövlət Universiteti 2015-ci ildən Azərbaycan tərəfdən Azərbaycan - Rusiya Universitetləri Assosiasiyasının həmsədridir. Hazırda bir çox ali məktəblərlə müəllim-tələbə mobilliyi istiqamətində mühüm uğurlu addımlar atır. Sumqayıt Dövlət Universitetinin rəhbər işçiləri, alimləri, tələbələri dəfələrlə beynəlxalq elmi konfranslarda, Assosiasiya iclaslarında, tələbə forumlarında iştirak edirlər. Eyni zamanda elmi-tədqiqat işlərinin nəticələri qarşılıqlı olaraq “Elmi xəbərlər” jurnallarında nəşr olunur.Bu məqsədlə Kazan Dövlət Energetika Universitetində tələbə mübadiləsi çərçivəsində istehsalat təcrübəsi keçən Fizika və elektroenergetika fakültəsinin 590 saylı qrup tələbələri Qadir Əziziov və Asim Harunov aprelin 28-dən 29-dək “Тинчуринские чтения – 2020: Энергетика и цифровая информация” adlı Gənclərin XV ənənəvi beynəlxalq elmi konfransında iştirak etmişdilər. Pandemiya ilə əlaqədar konfrans onlayn rejimdə ZOOM platforması üzrə keçirilmişdir. Tələbələrimiz “Использование энергии рекультивации для снижения энергопотребления электроприводов для пассажирских лифтов” mövzusunda məruzə ilə çıxış etmiş, bu günlərdə konfransın təşkilat komitəsinin qərarı ilə onların məruzəsi III yerə layiq görülmüşdü.
Tələbələrimiz Kazan Dövlət Universitetində istehsalat təcrübəsi keçməkləri üçün yaradılan şəraitə görə universitetin rektoru professor Elxan Hüseynova dərin təşəkkürlərini bildirdilər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az