Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da yaz semestrinin imtahan sessiyası onlayn formada uğurla davam edir
SDU-da yaz semestrinin imtahan sessiyası onlayn formada uğurla davam edir
İyunun 9-da Sumqayıt Dövlət Universitetində bakalavriat səviyyəsinin I, II və III kurs tələbələri, I kurs magistrantlar, alt qruplarda, həmçinin ləğv olunmuş fənlər üzrə yaradılmış əlavə qruplarda təhsil alan tələbələr onlayn formada təşkil olunan yaz semestrinin imtahan sessiyasının ikinci gününü uğurla başa vurdular.
Rektor professor Elxan Hüseynov iyunun 8-də tələbələrlə onlayn görüş zamanı imtahanların mövcud qaydalara uyğun həyata keçirildiyini və hər bir fənn üzrə tərtib olunmuş imtahan suallarının məzmun və əhatəlilik meyarı əsas götürülərək müvafiq qaydada azaldıldığını və sadələşdirildiyini bildirmişdi. Qeyd etmişdi ki, SDU-da imtahanların giriş balı hamı üçün 49 bal hesablanıb, biletə daxil edilən imtahan suallarının sayı 5-dən 3-ə endirilib, imtahanların keçid balı minimum 17 bal qəbul edilib. Müxtəlif səbəblərdən cari imtahan sessiyasında iştirak edə bilməyən tələbələrin istəyi və müraciətləri olduğu halda avqustun 17-dən, sentyabrın 15-nə qədər icmal mühazirələr və imtahanlar təşkil ediləcək. Rektor mütəmadi olaraq imtahan prosesinə qatılacağını diqqətə çatdırmışdı.
Qeyd edək ki, iyunun 8-də bakalavriat və magistratura pilləsi üzrə imtahanlarda iştirak edən tələbələr 96% nəticə göstərmişdir.
Bu gün isə bakalavriat pilləsində təhsil alan tələbələrin 99%-i imtahanı müvəffəqiyyətlə verdilər.
Gün ərzində imtahanların gedişi prorektorlar, dekanlar və kafedra müdirləri tərəfindən izlənilir.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az