Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Məzunlara valideynlər adından təbrik
Məzunlara valideynlər adından təbrik
Tələbəlik illəri insan həyatının unudulmaz və maraqlı illəridir. Tələbəlik illəri hər kəsin qəlbində, həyat yolunda bir iz salar və o iz heç vaxt unudulmur! Danışdıqca o illərə qayıdar, yenidən insanın gözləri önündə 4-5-illik tələbəlik həyatı vərəqlənər, xatirələri canlanar. Çünki bu illər bizə "Gəncliyimiz"dən yadigar qalır. Gənclik ömrün baharıdır, tələbəlik illəri isə bu baharın solmaz çiçəkləridir.
Sumqayıt Dövlət Universiteti növbəti dəfə öz məzunlarını yola salır. Bu münasibətlə valdeynlər adından Eyvazov Vasif Mənsur oğlu məzunlara ən xoş arzularını çatdırdı. O, mövcud koronavirus pandemiyası vəziyyətinə uyğun olaraq ölkədə tətbiq edilən karantin qaydalarının gözlənilməsi üçün təntənəli Məzun Günü keçirilməsə də SDU-nun internet portal vasitəsilə universiteti bitirən gəncləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. Vurğuladı ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi yolla Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə uğurla davam etdirilən müasir Azərbaycan elmi və təhsili beynəlxalq təcrübəyə əsaslanaraq sürətlə inkişaf edir. Bu baxımdan qarşıya qoylan hədəflərdən biri də təhsilimizin Avropa təhsil standartlarına inteqrasiyasıdır. Bunun üçün də Sumqayıt Dövlət Universitetində təhsil alan tələbələrin yüksək səviyyəli kadr kimi yetişməsi və keyfiyyətli tədris almağı üçün hərtərəfli şərait yaradılmışdır. Sumqayıt Dövlət Universiteti bu gün Azərbaycanın qabaqcıl ali təhsil ocaqları sırasında layiqli yer tutur və ölkəmiz üçün savadlı mütəxəssislər yetişdirir.
Vasif Eyvazov onu da qeyd etdi ki, övladı Mənsur Eyvazzadə 2016-cı ildə Sumqayıt Dövlət Universitetinə ödənişli əsaslarla qəbul olunmasına baxmayaraq, dövlətimizin və ali məktəb rəhbərliyinin xüsusi qayğısı nəticəsində tələbə təqaüdünə layiq görülmüşdü. Oxuduğu bu 4 il ərzində bir valideyn kimi universitetin rektoru professor Elxan Hüseynov başda olmaqla bütün müəllim heyətinə öz dərin təşəkkürünü bildirdi. Diqqətə çatdırdı ki, burada hər bir tələbənin yüksək səviyyədə təhsil alması üçün maddi-texniki baza yaradılmışdır. Məhz bunun nəticəsidir ki, oğlu Mənsur Eyvazzadə ali təhsilin magistr pilləsində aldığı “Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı müəllimliyi” ixtisasa uyğun olaraq yüksək nəticə göstərmiş, ödənişsiz əsaslarla təhsil almaq hüququ qazanmışdır. Vasif Eyvazov valideynlər adından müasir standartlara cavab verən ali təhsil ocağında yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə bir daha universitet rəhbərliyinə, müəllimlərə minnətdarlığını bildirdi.
Əziz məzunlar! Yolunuz açıq olsun. Sizə müstəqil həyatda uğurlar arzulayıram.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az