Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Tələbə Gənclər Təşkilatının sədri Tayfun Hacılı 2019-2020-ci tədris ilinin məzunlarını təbrik etdi
SDU-nun Tələbə Gənclər Təşkilatının sədri Tayfun Hacılı 2019-2020-ci tədris ilinin məzunlarını təbrik etdi
Əziz məzunlar! Bugün siz Sumqayıt Dövlət Universitetini bitirirsiniz. “Məzun Günü” münasibətilə hər birinizi Tələbə Gənclər Təşkilatınının adından səmimi-qəlbdən təbrik edir, gələcək həyatınızda uğurlar arzulayıram. Siz gələcəyin görkəmli simaları, dövlət struktur rəhbərləri olacaqsınız, arzu edirəm ki,vətəndaşlıq mövqeyiniz, milli təəssübkeşliyiniz həmişə güclü olsun.
Hər birimizə məlumdur ki, koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Sumqayıt Dövlət Universitetində tədris prosesi onlayn formada təşkil olunmuşdur. Eyni zamanda universitetin Tələbə Gənclər Təşkilatı da fəaliyyətini onlayn formada davam etdirərək, görüşlər təşkil etmişdir. Onlayn psixologiya dərnəyi, intellektual oyun, debat, conversation, kitab, rəsm klubları ilə keçirdikləri onlayn görüşlər nəticəsində təşkilatın üzvləri birliklərini, əzmkarlıqlarını nümayiş etdirdilər. Bu gün ölkədə çoxsaylı gənclər təşkilatları fəaliyyət göstərir. Həmin təşkilatların qarşıya qoyduğu hədəflər sırasında gənc nəslin ictimai həyatda iştirakının dəstəklənməsi mühüm yer tutur. Gənclərin potensialları üzə çıxarılır və onların daha fəal sosial həyat sürmələri təmin olunur. Bu baxımdan Sumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı tələbələrin ictimai həyatda fəallığının artırılması istiqamətində də əhəmiyyətli addımlar atır. Tələbə Gənclər Təşkilatının əsas məqsədi Dövlət Gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin və ayrı-ayrılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai, mədəni, sosial iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir. Bu gün SDU-da gənclərin maraq, istək və qabiliyyətlərinə uyğun hər cür imkanlar yaradılmışdır. Müasir idman kompleksi, zəngin kitabxana, geniş akt zalı, incəsənət sahəsində bacarığı olanlar üçün müxtəlif dərnəklər və s. tələbələrin ixtiyarındadır.Təşkilat həmçinin təhsillə və tələbələrin problemləri ilə bağlı məsələlərin operativ həllinə nail olmaq üçün dövlət orqanları qeyri-hökümət və beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Təşkilat ayrı-ayrı qurumlarla birgə gənclər üçün əhəmiyyətli ictimai-siyasi tədbirlərdə fəal iştirak etmiş, ümumilikdə müxtəlif mövzularda dəyirmi masalar, görüşlər, müsabiqələr və s. keçirmişdir. Ətrafına minlərlə tələbəni toplayan təşkilatın bu gün yüzlərlə üzvü məzun oldu. Həmin məzunlar arasında müxtəlif layihələr üzrə universitetin rektorluğu,TGT və müxtəlif qurumlar tərəfindən sertifikata layiq görülmüşdülər. Bu çətin günlərdə – pandemiya dönəmində təntənəli “Məzun günü” keçirilməsə də, sevincinizə şərik olur sizə can sağlığı və gələcək fəaliyyətinizdə uğurlar arzu edirik! Uğurlarınız bol, yolunuz açıq olsun əziz məzunlar!
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az