Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Məzun Günü münasibətilə təhsilini başa vurmuş bütün tələbə və magistrantları təbrik edir, onlara elm yolunda zirvələri fəth etməyi arzulayıram
Məzun Günü münasibətilə təhsilini başa vurmuş bütün tələbə və magistrantları təbrik edir, onlara elm yolunda zirvələri fəth etməyi arzulayıram
Məzun Günü hər bir tələbənin həyatında illər boyu unudulmaz gün olaraq yaşayır. Bu gün hər hansı təhsil pilləsinin sonu olsa da, uğurlu bir gələcəyin başlanğıcı deməkdir.
Sumqayıt Dövlət Universitetinin həm bakalavriat, həm də magistratura pilləsinin məzunu olaraq demək istəyirəm ki, universitetin rektoru professor Elxan Hüseynov başda olmaqla, bütün heyət ixtisaslı kadrların yetişdirilməsi üçün dayanmadan çalışır. Filologiya fakültəsinin dekanı dosent Sevinc Həmzəyeva, fakültənin nəzdində olan kafedraların müdirləri, o cümlədən təhsil aldığım “Azərbaycan dili və onun tədrisi metodikası” kafedrasının müdiri dosent Böyükxanım Eminli, fakültənin bütün müəllimləri hər zaman təhsil alanların bu yolda əzmlə çalışmasına şərait yaradırlar. Əminliklə deyə bilərəm ki, sözün əsl mənasında müəllimlərin savadından yararlanan hər kəsi işıqlı gələcək gözləyir.
Qeyd edim ki, pandemiyanın hökm sürdüyü bir zamanda universitetdə təhsillə bağlı bütün imkanlar reallaşdırılmış, yüksək səviyyədə onlayn təhsil prosesi həyata keçirilmişdir. Ümumiyyətlə, Sumqayıt Dövlət Universitetində tələbələr üçün yaradılan müasir təchizatlı və təmirli auditoriyalar, müasir tələblərə cavab verən kitabxanalar və s. təhsil alanların yüksək səviyyədə inkişafına xidmət edir. Buna görə universitet rəhbərliyinə tələbə və magistrantlar adından minnətdarlığımı bildirirəm.
Məzun Günü münasibətilə təhsilini başa vurmuş bütün tələbə və magistrantları təbrik edir, onlara elm yolunda zirvələri fəth etməyi arzulayıram. İnanıram ki, bu gün məzun olanlar universitetin adını hər zaman və hər yerdə uca tutacaqlar.
Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin məzunu magistr Günel Haqverdi
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az