Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Arzum müəllimlərimin mənə göstərdiyi diqqət və qayğını gələcəkdə tələbələrimə aşılamaqdır
Arzum müəllimlərimin mənə göstərdiyi diqqət və qayğını gələcəkdə tələbələrimə aşılamaqdır
Sumqayıt Dövlət Universitetinin məzunu magistr pilləsi üzrə təsilini başa vurmuş tələbə Raqif Əzizov sevinc hislərini belə qeyd etdi.
Yaşadığımız pandemiya dönəmində dünyanın böyük dövlətləri belə koronavirus pandemiyasının ağır fəsadları qarşısında ciddi çətinliklərlə üzləşdiyi bir vaxtda Azərbaycanda Prezident cənab İlham Əliyevin müdrik liderliyi ilə bu təhlükənin önlənməsi, ölkə əhalisinin bu ağır xəstəlikdən ən minimum itkilərlə qurtulması üçün uğurlu tədbirlər görüldü.Təhlükənin ilk anından “Biz birlikdə güclüyük!” deyə bəyan edən və ölkənin bütün resurslarını səfərbər etməyi bacaran cənab Prezidentin tarixi xidmətləri heç vaxt unudulmayacaq. Məhz bu titanik səylərin nəticəsində bu gün Azərbaycan xalqı və dövləti, bəlkə də, son yüzilin ən ağır sınağından uğurla, zəfərlə çıxmaq üzrədir. Bildiyimiz kimi, ölkəmizdəki bütün təhsil müəssisələrində tədris koronavirus təhlükəsinə görə Təhsil Nazirliyinin göstəriş və məsləhətlərinə uyğun olaraq, təhsilin davamlılığının təmin edilməsi məqsədilə bütün dərslər onlayn (məsafədən) formada təşkil edildi. Dərslərin məsafədən onlayn formada təşkil olunması və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrdən olan tələbələrin təhsil haqlarının dövlət tərəfindən ödənilməsi biz tələbələr tərəfindən sevinclə qarşılandı.
Məsafələr belə bizim sevincimizə, kədərimizə mane ola bilməz. Yetər ki, ruhumuz qəlbimiz birgə döyünsün. Raqif Əzizov onu da bildirdi ki, 1996-cı ildə Yardımlı rayonun Məlikli kəndində anadan olub. 2014-cü ildə Yardımlı rayonunun Məlikli kənd tam orta məktəbini uğurla başa vuraraq, Sumqayıt Dövlət Universitetinin Fizika və elektroenergetika fakültəsinin Elektrik mühəndisliyi ixtisasına daxil oldum. Sumqayıt Dövlət Universiteti onun üçün çox doğma olduğunu diqqətə çatdıraraq burada yüksək səviyyədə təhsil almağı ilə yanaşı, eyni zamanda tələbələrə göstərilən diqqət və qayğıdan danışdı. Bildirdi ki, universitetin rektoru professor Elxan Hüseynov daima təhsillərində yüksək nəticə göstərən və universitetin ictimai həyatında fəallıq nümayiş etdirən tələbələrin yanında oldu, öz köməkliyini heç vaxt əsirgəmədi. Fürsətdən istifadə edərək diqqət və qayğıya görə rektor professor Elxan Hüseynova öz dərin minnətdarlığımı bildirirəm.
Həmçinin fakültə dekanı dosent Tamella Əhmədovanı da xüsusi qeyd etmək istərdim. Dekanımız həmişə elmlə yanaşı, tələbələrin gələcək karyerası haqqında öz dəyərli məsləhətlərini verərək, bizə stimul yaradırdı. Buna görə Tamella müəlliməyə öz təşəkkürümü bildirirəm. 2018-ci ildə Sumqayıt Dövlət Universitetinin Fizika və elektroenergetika fakültəsinin Elektrik mühəndisliyi ixtisasını uğurla bitirdim.
Magistratura təhsilimi də məhz mənə doğma olan Sumqayıt Dövlət Universitetində davam etdirmək istədim və belə də oldu. Oxuduğum bu illər ərzində universitetin rektoru professor Elxan Hüseynov hər zaman savadlı, bacarıqlı tələbələrə üstünlük verir və elə mənim magistr dissertasiya işimin müdafiəsində iştirak etdi və bu mənə çox qürurverici oldu. Mən gələcəkdə doktorantura pilləsi üzrə təhsilimi də məhz Sumqayıt Dövlət Universitetində davam etdirmək fikrindəyəm. Arzum müəllimlərimin mənə göstərdiyi diqqət və qayğını gələcəkdə tələbələrimə aşılamaqdır.
Əziz müəllimlərim bu diqqətinizə görə sizə minnətdaram. Öz fəaliyyətim ilə sizlərin etimadını doğruldacağıma, doğma ali məktəbin adını həmişə uca tutacağıma, şərəfini qoruyacağına söz verirəm.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az